“Beşiktaş” böyükhesablı qələbə ilə - 1/4 finala yaxınlaşdı
Türkiyə Kubokunda 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub.
Qol.az-ın məlumatına görə, son oyun günündə 2 qarşılaşma keçirilib.
“Boluspor” öz meydanında “Akhisar Genclik Spor”la üz-üzə gəlib. İkinci yarının ortasında qapısında qol görən meydan sahibləri sona yaxın 5 dəqiqə aralığında 2 qol vurmaqla əzmkar qələbə qazanıblar.
Favoritlərdən olan “Beşiktaş” isə doğma divarlar arasında “Osmanlıspor”u qəbul edib. Matça fəal başlayan “Qara qartal” artıq ilk yarında rəqibi 2 dəfə meydanın mərkəzinə dəvət edib. Yekunda 4:1 hesablı qələbə qazanan “Beşiktaş” böyük ölçüdə cütün taleyini həll edib.
Türkiyə Kuboku
1/8 final, ilk oyunlar
28 dekabr
“Boluspor” - “Akhisar Genclik Spor” 2:1
Qollar: Çelik, 63 (0:1), Keles, 84-avtoqol (1:1), Okutan, 88 (2:1)
“Beşiktaş” - “Osmanlıspor” 4:1
Qollar: Vrsajeviç, 15-avtoqol (1:0), Neqredo, 36 (2:0), Tosun, 50 (3:0), Douakara, 72 (3:1), Kuarejma, 90+4 (4:1)