Derbini "Milan" qazandı - İtaliya kuboku

Derbini "Milan" qazandı -  İtaliya kuboku
GÜNDƏM 28 Dekabr 2017 / 02:55 7639
-  A +

İtaliya kubokunda 1/4 finalın oyunları davam edir.

Qol.az-ın məlumatına görə, bu gün yarımfinal uğrunda daha bir görüş keçirilib.

Bu dəfə əzəli rəqiblər üz-üzə gəlib. "Milan" öz meydanında "İnter"i qəbul edib. Gərgin keçən oyunun əsas vaxtında hesab açılmayıb.  Matça artırılan əlavə vaxtda gənc hücumçu Patrik Kutrone "Milan"a qələbə qazandıran qola imza atıb.

Beləliklə, derbidən qalib ayrılan "rossonyerlər" yarımfinala yüksəlib.

Qeyd edək ki, "Latsio" da yarımfinala vəsiqə qazanıb.


İtaliya kuboku

1/4 final

"Milan" - ""İnter" - 1:0
Qol:
Patrik Kutrone, 104


Daha çox


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq