“Qatarla yol gedirdim. Bu vaxt bir nəfər Feysbuk”a yazdı. Rejissor olduğunu və görüşmək istədiyini bildirdi. Dedim, Azərbaycanda deyiləm, qayıdım, əlaqə saxlayarsınız. Dediyim vaxtda zəng vurdular və beləcə görüşümüz baş tutdu”.
Bu sözləri Qol.az-a açıqlamasında peşəkar boks üzrə ilk azərbaycanlı dünya çempionu Fariz Məmmədov deyib. Bu yaxınlarda həyat və karyerasından bəhs edən “Böyük qayıdış” filmini təqdim edən sabiq boksçu filmin necə ərsəyə gəlməsindən danışıb:
“Həmin rejissor Nicat Cəlilov idi. Özü də həmyerlimdir. Ona sual verdim ki, bu qədər tanınmış idmançıımız var, film çəkmək üçün niyə onları yox, məni seçdiniz. Dedi ki, birincisi, sizin döyüşlərinizi çox izləmişəm Həbsxana həyatınızla da tanışam. Əminəm ki, maraqlı film alınacaq. Çünki çəkməyə kifayət qədər mövzu var.
Düşündüm ki, yəqin onun maddi nəyəsə ehtiyacı var. Soruşdum ki, məndən nə tələb olunur. Dedilər ki, sadəcə, çəkiliş üçün icazə verməyin. Onlar da məndən hansısa istəyimin olub-olmadığını soruşdular. Mən də dedim ki, aktyor deyiləm, nəsə tələb edim. Bu söhbət 2015-ci ildə olub. Həmin vaxt yarışa hazırlaşırdım. Onlara qrafik çəkdim. Bildirdim ki, hazırlıq 4 mərhələdən ibarət olacaq. Məşq proseslərinə onları da dəvət etdim. Beləcə çəkilişlər başladı və 2 ilə yaxın davam etdi. Bu müddət biz daha da yaxınlaşdırdı və dostluq münasibətləri yarandı. Nicat torpağını, millətini sevən insandı. Hesab edirəm ki, bu cür adamların işi də keyfiyyətli alınır. Nəticədə ortaya belə bir film çıxdı”.
F. Məmmədov filmin çəkilməsində onlara dəstək olanları da unutmayıb: “Filmin çəkilişi üçün dəstəyi "Qəbələ" İdman Klubu və Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Ümid Mirzəyev verib”.
Sonda təqdimatda iştirak edənlərə təşəkkürünü bildirən dünya çempionu diqqətdən kənarda qoyduğu insanlardan üzrxahlıq edib: “Filmin təqdimatı qısa zamanda olduğundan, bəzi dostları istəməyərəkdən diqqətdən kənarda qaldı. Eyni zamanda, məni tək qoymayan idmançılarımıza, millət vəkillərimizə, sənətkarlarımıza təşəkkür edirəm. Onların dəstəyini hər zaman hiss etmişəm”.
"Qarabağ" Niderlanddan qələbə ilə qayıdır
Avropa Liqası: "Beşiktaş"dan qələbə, "Trabzonspor" büdrədi
"Ayaks" azarkeşlərindən etiraz
Şeydayev oynadı, komandası qalib gəldi
"Məni ən çox nankorluq narahat edir"
“Kayrat”dan ağır məğlubiyyət
Onlar da bugünkü oyunu buraxırlar - “Qarabağ”da yeni itkilər
“Qarabağ” “Tvente” ilə oyuna bu heyətlə çıxır
Ronaldinyo 46 yaşında karyerasını bərpa edir
London klubu azarkeşlərinə xəbərdarlıq etdi
“Bu forma üçün əlimdən gələni edəcəyəm”
Premyer Liqadakı ilk matçını buraxa bilər
“Karvan-Yevlax” nigeriyalı futbolçu ilə gücləndi
“Barselona” Kanselunu transfer etdi
Klub tarixinin ən gənc debütantı oldu
"Qarabağ"la oyun öncəsi "Tvente"də ayrılıq
"Barselona" Kundeyə qiymət qoydu
"Parma"dan "Benfika"ya - Rəsmi
"Qalatasaray" rus futbolçunun transferini elan etdi
Dünyanın ən bahalı futbol klubları – Siyahı
Azərbaycandan ayrılıb Polşa klubuna keçdi
La Liqada 400-cü oyun
Mourinyonun toxunulmazları
Simiç tarixə belə düşdü
"Sumqayıt"ın xəsarət alan futbolçusuna ağır cəza
"Barselona" "Fənərbaxça"nın qapıçısını istəyir