"Real" hətta azlıqda da təhlükəli idi" - Valverde

"Real" hətta azlıqda da təhlükəli idi" -  Valverde
GÜNDƏM 23 Dekabr 2017 / 19:40 5999
-  A +

“Biz xoşbəxtik. Çünki əla bir komandanı öz meydanında məğlub etmişik. Ancaq bu, hələ heç nə demək deyil. Hələ birinci dövrə də başa çatmayıb”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Barselona”nın baş məşqçisi Ernesto Valverde İspaniya La Liqasının 17-ci turunda səfərdə “Real”a qalib gəldikləri oyundan (3:0) sonra keçirilən mətbuat konafransında deyib.

İspaniyalı mütəxəssis qələbənin asan olmadığını bildirib: “Real bizə öz oyunumuzu oynamağa mane olmağa çalışırdı. Ancaq biz tədricən qol vəziyyətləri yaratdıq və bundan yararlandıq. Rəqib hətta azlıqda da təhlükəli idi. Sanki onlar tam komanda şəklində oynayırdı”.

Daha çox


Son xəbərlər