“Neftçi” Elnur Cəfərovu bağışladı

“Neftçi” Elnur Cəfərovu bağışladı
GÜNDƏM 22 Dekabr 2017 / 14:10 4528
-  A +

“Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov bir müddət öncə əvəzedici komandaya göndərilən Elnur Cəfərovu bağışlayıb.

Bu barədə Qol.az-a klubun mətbuat xidmətinin rəhbəri Anar Şabanoğlu məlumat verib. Klub rəsmisi transferə çıxarılacağı gözlənilən gənc hücumçunun komandada qalacağını bildirib.

Qeyd edək ki, U-21 millisinin düşərgəsində olarkən sosial şəbəkələrdə paylaşdığı şəkillər və azarkeşlə mübahisəsi Cəfərovun əvəzedici komandaya göndərilməsi ilə nəticələnmişdi. Tərlan Əhmədov klubun daxili nizam-intizam qaydalarına əməl etməyən futbolçunun böyük ehtimalla “Neftçi”dən göndəriləcəyini söyləmişdi.

Daha çox


Qarabağ FK
Son xəbərlər
20.08.26  13:58

La Liqada 400-cü oyun

topaz banner