"Real"ın futbolçusu Kriştiano Ronaldo La Liqanın 17-ci turunda "Barselona" ilə oyuna kimi tam hazır olmayacaq.
Qol.az-ın "Cope"yə istinadən yaydığı xəbərə görə, baldır əzələsində ağrı hiss edən portuqaliyalı hücumçu fərdi qaydada məşqlərə davam edir. Onun "El-Klassiko"ya kimi tam hazır ola bilməyəcəyi vurğulanıb.
Qeyd edək ki, K.Ronaldonun bu gün komanda ilə ümumi məşqlərdə iştirak edəcəyi gözlənilir.
Əlavə edək ki, "Real" - "Barselona" görüşü sabah Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
"Qarabağ"a rəqib oldular
Növbəti Bundesliqa matçı təxirə salındı
Serxio Ramos bu dəfə gücünü rinqdə sınadı - Video
"Real"ın məşqçilər heyəti müəyyənləşdi
"Fənərbaxça" ərəblərdən futbolçu almağa hazırlaşır
Hakan Çalhanoğlu sıradan çıxdı
Yarımmüdafiəçi qolları ilə komandasının ən yaxşısı seçildi
"Atalanta" "Roma"nı qabaqladı
"Neftçi" Misir klubu ilə bərabərə qaldı