Fatih Terim yenidən "Qalatasaray"da

Fatih Terim yenidən "Qalatasaray"da
GÜNDƏM 22 Dekabr 2017 / 01:17 5181
-  A +

"Qalatasaray" rəhbərliyi Fatih Terimlə danışıqlara başlayıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, baş məşqçi vəzifəsi yenidən 64 yaşlı mütəxəssisə tapşırılacaq.

Artıq Terimin özü də “Tvitter”də "Harada qalmışdıq, “Qalatasaray”? deyə paylaşım etməklə sabiq klubuna geri döndüyünə işarə vurub.

Qeyd edək ki, Fatih Terim 1996 - 2000, 2002 - 2004 və 2011 - 2013-cü illərdə də "Qalatasaray"ın baş məşqçisi olub. O, "sarı-qırmızılar"a 6 dəfə Türkiyə çempionluğu, 4 dəfə Türkiyə Super Kuboku, 2 dəfə ölkə kuboku, 1 dəfə UEFA Kuboku qazandırıb.    

Daha çox


Son xəbərlər