“Kukesi” klubundan qalmaqallı şəkildə ayrılan Rauf Əliyev Qol.az saytına müsahibə verib. O, komandadan ayrılmasının əsas səbəbini və Albaniyada başına gələnləri danışıb.
- “Kukesi”nin baş məşqçisi Mladen Milinkoviç klubun rəsmi saytına açıqlamasında bildirib ki, Rauf Albaniya səviyyəsində futbolçu deyil, gözlədiyimizi ala bilmədiyimiz üçün onunla vidalaşdıq. “Kukesi”dən həqiqətən bu səbəbə görə ayrıldın?
- Yox, əlbəttə səbəb bu deyil. Başqa məsələlər var idi. Bu haqda sonra geniş danışacam. O ki qaldı Mlinkoviçin fikirlərinə, baş məşqçi bu cür də danışmalıydı. Ondan başqa nə gözləmək olardı?! Bu cür fikirlər səsləndirməsi normaldır. Başqa bir söz deyə də bilməzdi.
- Bəlkə əsas səbəbləri elə indi açıqlayasan. Çünki sən susduqca müxtəlif fikirlər səslənir, haqqında mənfi rəylər formalaşır...
- “Kukesi”dən ayrılma səbəblərindən biri klubun məni aldatmaq istəməsi idi. Hardasa 2 ay bundan əvvəl qabağıma müqavilə qoyub, kələk gəlmək istədilər. Bu hadisədən sonra oradan ayrılmaq qərarı aldım. Sadəcə, həmin vaxt mümkün deyildi. Çünki 2-3 ay futbolsuz qala bilərdim. Bundan sonra işlərimin necə olacağını bilmirəm. 3-cü klubda oynamaq şansım da yoxdur.
- Ancaq sənin daha çox dil probleminə və darıxdığına görə Albaniya klubundan ayrıldığın söylənilir...
- Yox, belə deyil. Çünki ailəm də yanımda idi. Heç bir darıxmaqdan söhbət gedə bilməzdi. Buna qədər meydana çıxıb, oyunumu oynayırdım, qollarımı da vururdum. Sadəcə, məni aldatmaq istədiklərini biləndən sonra aramız dəydi. Mənə olan münasibət dəyişildi. Başqa haqq-hesablar oldu. Müqavilənin şərtlərinə əməl etmədilər. Bu şeylərə görə Albaniyada qalıb oynamadım. Bilmirəm, bəlkə bundan sonra nə vaxtsa ölkədən kənarda çıxış edərəm. Yaxşı bir komandaya gedərəm. Amma indiki məqamda orada qalmağım alınmırdı. “Kukesi”dən daha yaxşı kluba keçmək, legioner həyatıma davam etmək istəyirdim. Çünki xaricdə oynayanda hamı üçün sevindirici olur ki, futbolçumuz legioner həyatı yaşayır.
- Az öncə qeyd etdin ki, qarşına müqavilə qoyub, səni aldatmaq istəyirdilər. Maraqlıdır, orda nə yazılmışdı ki?
- Bu, mənim ilk müqaviləm deyildi. İngilis dilini bilməməyimdən istifadə edib qarşıma belə bir müqavilə qoydular ki, bunu imzala. Albaniyada yaşamaq üçün qeydiyyat söhbəti var idi. Kluba müraciət etdim ki, bunu həll etsinlər. Ölkədən çıxanda mənə problem olmasın. Bu məsələyə görə onlara ağız açdım. Bunlar da dedilər ki, guya bu sənədi imzalasam, səfirlikdə problemi həll edəcəklər. Amma müqaviləyə baxanda gördüm ki, orada başqa şeylər var. FİFA, UEFA, tarix və pul məbləği kimi sözlər yazılmışdı. Əlbəttə, uşaq deyiləm ki, belə şeyləri bilməyim. Bundan sonra onlardan icazə alıb, müqavilənin şəklini çəkdim və bu işlə məşğul olan 3-4 nəfər tanıdığım insana göndərdim. Onlar baxan kimi mənə bildirdilər ki, dərhal o klubdan çıx, heç bir sənədə də imza atma, səni aldadırlar. Bundan sonra “Kukesi”dən qəti ayrılmaq fikrinə düşdüm. Sonra isə tam başqa problemlər üzə çıxmağa başladı. Hətta prezidentin özünə də dedim ki, məni niyə aldadırsınız. Gördüm ki, artıq mənə qarşı münasibəti tam dəyişilib. Ümumiyyətlə, “Kukesi” çox problemli komandadır. Hətta ora gedəndə mənə demişdilər ki, klub prezidenti çətin adamdır. Bunun da şahidi oldum. Şərait də ki yaxşı deyildi. Son sıralarda gedən komandaların şəraiti belə “Kukesi”dən yaxşı idi. Bütün bu səbəblərə görə orada qalmadım.
- FİFA-nın qaydalarına əsasən, bir mövsüm ərzində 3 klubda oynaya bilməzsən. Bununla bağlı ali futbol qurumuna müraciət etmisən?
- Bu haqda mənə çox sual verdilər. Elə şeylər var ki, məcbur olub danışıram. Bunlar hələ problemin bir qismi idi. Hələ Albaniyadayam. FİFA-ya müraciət etməmişəm, vəziyyətin necə olacağını özüm də bilmirəm.
- Bakıya nə vaxt qayıdacaqsan?
- Tiranada bəzi işlərim var idi. Ona görə bir az gecikdim. Bu gün Bakıya qayıdacam.
Elnur SALAHOV
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
Niderland - İsveç: Heyətlər
"Turan Tovuz"da 2 ayrılıq
“Neftçi” onunla müqaviləni yenilədi
Millinin baş məşqçisi start heyəti planından danışdı
"Türk xalqını məyus etdiyim üçün üzr istəyirəm"
“Zirə”dən yeni transfer
Bölgə klubu məşqçisini göndərdi
"Vaxt itirəcəksən və mundiala hazır olmayacaqsan"
“Neftçi” heyətini braziliyalı futbolçu ilə gücləndirdi
"Xəcalət çəkirik, utanırıq" - Arda Güler
"Qarabağ" Avstriya klubu ilə qarrşılaşacaq
"Zirə" onunla yolları ayırdı
Ronaldinyo karyerasını bərpa edir
Türkiyə ilə oyunda mundialın rekorduna imza atdı
"Şamaxı"dan ayrılan futbolçu "Sabah"da
Türkiyə pley-off şansını belə itirdi - Video
Montelladan məğlubiyyət şərhi
Braziliyanın Haitiyə vurduğu 3 qol - Video
Canlı yayımda ağladı, təsirli çıxış etdi - Video
Çalhanoğlu üzr istədi
Türkiyəyə qol vurdu, ən yaxşı seçildi
Türkiyə istədi, bayraq yerə qoyulmadı
Seneqal millisində böhran
ABŞ millisindən son 96 ilin ən yaxşı nəticəsi
Ardıcıl ikinci dəfə matçın ən yaxşısı seçildi
Şotlandiya - Mərakeş: Heyətlər açıqlandı
ABŞ millisi ardıcıl ikinci qələbə ilə "pley-off"da
"Barselona"nın sabiq kapitanı İtaliya klubundan ayrıldı
Azərbaycan boksçuları Dünya Kubokunda yarımfinala yüksəldi
PFL onları mükafatlandırdı
"İmişli"də 5 ayrılıq - Yenilənib
"Neftçi" legioneri ilə yollarını ayırdı
Kavani ilə müqavilə ləğv edildi