Bizim tarixən hücumçu və hücum problemimiz olub. Birvaxtların yerli ançelottisi Böyükağa Ağayevin təbirincə desək, "xucumçu problemimiz var". Nə ki futbolda, elə hər sahədə. Tarixə boylansaq, hələ hansısa Azərbaycan dövlətinin hansısa qonşusuna hücum elədiyinə aid fakt tapmarıq. Əgər bu hücum nəmənə pis bir şeydirsə, nədən başqaları bunu edir, biz yox?
...Olsa da, bu, yadellidən gələn təhlükənin qarşısında müdafiə məqsədli lokal hücum kimi. Tutalım, Babək...
Problem sistemdədir. Məsələn, Həzi Aslanov timsalında tankçı-hücumçumuz olub, ancaq bu fiquru bizim sistem üzə çıxarıb, onun hücumçu mövqeyində faydalı olacağını müəyyənləşdirməmişdi. Başqa, fərdi xoş nümunələr də var. Az da olsa, var və onlar da sistemin hücumameyilli olmaması ucbatından pərakəndə şəkildə.. faydası çox olmayan məfhuma çevrilib, gediblər.
Mövzumuz hücum deyil. Hücum eləmək istədiyim problem azərbaycanlı futbolçunun xaricdə duruş gətirə bilməməsidir. Əslində, ümumilikdə azərbaycanlının başqa ölkədə tab gətirməməsi də buna aid edilə bilər. Almaniyada 21 ildi yaşayan ailə tanıyıram ki, hələ də özü kimi qalıb. Heç bir mədəni, hətta fiziki inteqrasiyadan söhbət belə gedə bilməz. Bunu necə bacarırlar, niyə belə olur - qəlizdir anlaşılması...
Tək-tük hücumçularımızdan olan Rauf Əliyev Albaniyanın köklü klublarından olan "Kukesi" ilə yayda bir illik müqaviləsinin sevincini bayram eləməmiş, qayıtdı, üstümüzə gəldi. O da ondan əvvəlkilər kimi - hansısa problem var, amma indi yox, haçansa açıqlayacaqmış...
Nədir bu problem ki, bütün hallarda bizimkiləri haqlı çıxardır, amma nədən ibarət olması bilinmir, açıqlanmır, deyilmir...
Qoy Rauf da gəlsin. "Anortosis"də yaxşı təsir bağışlayan Araz Abdullayev də qayıtsın. Çexiyaya gedəndən daha çox futbolçuya, idmançı cüssəsinə nail olan Fərid də geri dönsün! Nə var yad ellərdə, qayıdın geri...
Azərbaycanlı futbolçunun xarici klubda qalıb, ordan o tərəfə inteqrasiyası niyə əmələ gəlmir? Bunun texniki problemləri də var. Ancaq yoxdu. Olsa, heç biri özünün haqlı mövqeyini gizlədib, haqsız duruma düşməz, dərhal açıb, ağardar. Bu nə hoqqadırsa, Vaqif Cavadovun "Tvente"yə toylu-büsatlı yola salınmasından tutmuş, məsələn, Ramil Şeydayevin "Jilina"da belə tam möhkəmlənə bilməməsinədək sistematik davam edir.
Səbəb nədi?
Əsas səbəb beyindədi. O, buna hazır deyil. Azərbaycanlı evinə, elinə bağlı bir tipdi. O, qonaq getməyi yox, qonaq qarşılamağı sevir. Ən bahalı əşyaları, ən dadlı şirniyyatı "qonaq gələr" deyə, ehtiyatda saxlayır.
Bax, bunun izahını tapıb, çözmək nə qədər müşküldüsə, futbolçumuzun, ümumiyyətlə, idmançımızın, lap ümumiyyətlə, insanımızın da xaricdə tab gətirə bilməməsinin kompleks səbəblərini müəyyənləşdirmək bir o qədər qəlizdi.
Əvvəla, xaric deyəndə biz Avropa ölkələrini nəzərdə tuturuq. Burada dəqiq standartlar var. İdmançının məşq, qida, yuxu və s. hərəkətləri konkret rejimə daxildi. Bu sistemin adı təxinən belədir: fərdlərin sistemi.
Öz ölkəsində avtoritet kimi olan bir azərbaycanlı xaricdə bu "cansıxıcı" tempə baş əymək istəmir. İkinci, mövzunun peşəkar tərəfi isə odur ki, futbolçu yetişdirməyimiz heç bir standarta sığışmır - "materialımız" rəqabətədavamlı deyil.
Millinin baş məşqçisi seçilən Qurban Qurbanovun dünən mətbuat konfransında dediyi dəyərli fikri xatırladım: "Futbolçudan əvvəl yetişdiriləsi insanlar var. Məsələn, məşqçi, fizioterapevt, hətta masajçı. Bu insanların sağlam olması çox vacibdi. Bu gün nə idman həkimimiz, nə fizioterapevtimiz var. AFFA rəhbərliyi ilə bundan sonra daha tez-tez görüşlərimiz olacaq. 8-10 yaşlı uşaqları sağlam insanlara tapşırmalıyıq. Onların həkimləri özləri sağlam, savadlı olmalıdı. Bundan sonra bu barədə daha çox düşünəcəyik. Bu insanların yetişməsi üçün kurslarımız olacaq. Görüləsi işlər çoxdu".
Rauf, qayıt kəndə gəl. "Kukesi"də möhkəmlənə bilmirsənsə, oralarda vaxt itirmə, gəl. Bizim vaxta ehtiyacımız var. Görək, nə olur...
Rəqabətədavamlı idmançı, idmançının hüquqlarını, nüfuzunu müdafiə eləyə biləcək beynəlxalq səviyyəli menecerlər yetişdirməyincə bizimkilər xaricə niyə çıxmalı olduğunu, legioner həyatının nə demək olduğunu dərk/hiss eləməyəcək.
Elçin CƏLİLOV
Futbolpress.az
PSJ Enrike ilə müqaviləni uzadır
İtaliya millisinin yeni baş məşqçisi açıqlandı - Rəsmi
"Barselona"dan Messi açıqlaması
Endrik 19 yaşında ata olacaq - Şəkil
Deşam "Real"ın baş məşqçisi ola bilər
"Borussiya"da yeni müqavilə
Rüstəmlinin het-triki, "Karvan-Yevlax"ın qalibiyyəti - Video
“Bəzi komandalarla nəinki başabaş, üstün də oynaya bilərik”
“Qarabağ”la oyundan sonra komandamı tanıya bilmirəm”
İnfantino Ərdoğana dünya kubokunu verdi
Rauf Rüstəmli het-trik etdi - “Karvan-Yevlax” qalib gəldi
"Yuventus" Spalettinin müqaviləsini uzatdı - Rəsmi
Polşa millisinin məşqçisi 49 yaşında vəfat etdi
Alisson Bekker "Yuventus"la razılaşdı
AFFA-nın təşkilatçılığı ilə keçirilən UEFA kursu başa çatdı
Yevlaxda heyətlər açıqlandı
Məqsəd İsayev çarpaz bağlarından əməliyyat edildi
Gəncə stadionuna ot örtüyü salınır - Video
9 illik “Liverpul” karyerası bitir - Rəsmi
"Səbail" tərcüməçisinə görə cərimə olundu
"Arsenal" Arteta ilə yeni müqavilə üçün danışığa başlayıb
Fernando Santuşla bağlı diqqətçəkən xəbər
"Budo-Qlimt"in rus qapıçısı Norveç vətəndaşlığı aldı
Keysuki Hondanın yeni klubu bilindi
Misli Premyer Liqasında 5 oyunun hakimləri açıqlandı
Niderland klublarından belə uduzanı olmamışdı
"Gürcüstan yığması səhvlərimizi bağışlamadı"
Arda Turan: "Arxayınlıq yaransa, darmadağın olarıq" - Video
Arbeloa ilə futbolçusu arasında münaqişə
Messinin zərbəsi fotoqrafa baha başa gəldi - Video
Konfrans Liqasında 1/4 final başladı
"Aston Villa" və "Frayburq"dan qələbə
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi