Bu gün peşəkar boks üzrə ilk azərbaycanlı dünya çempionu Fariz Məmmədovun həyatı və karyerasından bəhs edən filmin təqdimat mərasimi keçirilib.
“Marriott Absheron” otelində baş tutan tədbirdə ölkənin idman ictimaiyyətinin tanınmış simaları, millət vəkilləri, ziyalılar, muğam ustaları və media nümayəndələri iştirak ediblər.
“Böyük qayıdış” adlanan və həcmi 30 dəqiqə olan filmi rejissor Nicat Cəlilov çəkib. “Qəbələ” İdman Klubunun və Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəstəyi ilə ərsəyə gələn filmin çəkilişi təxminən yarım il vaxt alıb.
Filmdə karyerasını artıq bitirmiş Fariz Məmmədovun müharibə dövrünə düşən və 12 yaşında səngərdə olduğu uşaqlıq illəri, 2005-ci ildə azadlıqdan məhrum edilməsi, 7 illik həbsxana həyatı və buna rəğmən, böyük qayıdış edərək idmana dönməsi, 2012-ci ildə erməni boksçusuna qalib gəlməsi və digər qələbələri təsvir olunub.
Auditoriyada əyləşən şəxslərin alqışından sonra tribunaya ilk öncə Əflatun Amaşov dəvət olunub. O, film və Fariz Məmmədov haqda müsbət fikirlər səsləndirib. Daha sonra auditoriya önünə millət vəkili Ülvi Quliyev, Ağdamın keçmiş icra başçısı Nizami Sadıqov və Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədov çıxıblar. Tribunaya dəvət olunanlar arasında muğam ustası Alim Qasımov da olub. Farizi tərifləyən Qasımov onun şəninə qısa muğam parçası da ifa edib.
Son olaraq isə söz Fariz Məmmədova verilib. Qısa olaraq, fikirlərini bildirən sabiq boksçu təşəkkürünü bildirib: “Zalda bu qədər adam olacağına inanmırdım. Hər birinizə təşəkkür edirəm. Həbsxanada olanda da sizin diqqətinizi hiss etmişəm. Bu sevgi və diqqət olmasaydı, bu gün qarşınızda çıxış edə bilməzdim. Hamınız sağ olun. Yaxşı ki, varsınız”.(Apasport.az)
Flik püşkü dəyərləndirdi
"Neftçi" 10 nəfərlə qaldı, "Turan Tovuz" qalib gəldi - Video
“Neftçi” "Turan Tovuz"a uduzdu, Sumqayıtda heç-heçə
"Zamanla bunlar düzələcək" - Saşa İliç
Ayxan Abbasov: "Hər iki komanda 1 xala layiq idi"
Yenidən "Kəpəz"ə transfer oldu - Rəsmi
Sumqayıtda vurulan qollar - Video
Arteta onun sıradan çıxdığını açıqladı
"Neftçi" - "Turan Tovuz": Heyətlər
Amorim: "Bəzən oyunçularıma nifrət edirəm"
"Fənərbaxça"nın baş məşqçisi vəzifəsinə yeni namizəd o oldu
"Sumqayıt" - "Şamaxı": Heyətlər
Konfrans Liqasında Liqa mərhələsinin püşkü atıldı
Kerem Aktürkoğlu rəsmən "Fənərbaxça"da
Avropa Liqasında Liqa mərhələsinin püşkü atıldı
Prezident İlham Əliyevdən "Qarabağ"la bağlı - Sərəncam
"Sabah"ın futbolçusu Özbəkistan millisində
"Bədavinin üstündən xətt çəkməmişəm"
"Ayaks"ın kapitanı "Qarabağ"la oyundan danışdı
"Arsenal" "Bayer"in bu futbolçusunu transfer edir
Azərbaycandan Moldova millisinə çağırıldı