AFFA İcraiyyə Komitəsinin iclası başladı

AFFA İcraiyyə Komitəsinin iclası başladı
GÜNDƏM 20 Dekabr 2017 / 10:40 1490
-  A +

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin iclası start götürüb.
 
Qol.az-ın məlumatına görə, "Bayıl Arena"da keçirilən iclasda AFFA prezidenti Rövnəq Abdullayev, vitse-prezidentlər Elşad Nəsirov və Rauf Əliyev, həmçinin İsgəndər Cavadov, Kazbek Tuayev, Vaqif Sadıqov, Qurban Qurbanov, Mahir Məmmədov, Zaur Axundov və Firudin Qurbanov iştirak edirlər. İcraiyyə Komitəsinin üzvlərindən yalnız Elmar Məmmədyarov yığıncağa qatılmayıb.
 
İclasın gündəliyində duran əsas məsələ aşağı yaş qrupları üzrə Azərbaycan milli komandalarının baş məşqçilərinin təyinatının təsdiqlənməsidir.
 
Rəşad Sadıqov U-21 və U-20, Vüqar Məmməd U-19, Zaur Həşimov U-18, Ramin Quliyev isə U-17-nin baş məşqçi vəzifəsinə rəsmən keçəcək.

Daha çox


Son xəbərlər