“Bu oyunun məsuliyyətini hiss edirdik. İlin son matçı idi. İki hissədən ibarət olan oyun oynadıq. Birincini 2:0 hesabı ilə udmuşduq. Amma buna arxayınlaşmaq olmazdı. Kimin başçılıq etməsindən asılı olmayaraq, “Kəpəz” həmişə rəqiblər üçün keçilməz sədd olub. Bu gün müəyyən qədər tənəzzüldə olsa da, inanıram ki, Gəncə futbolu tezliklə layiqli yerini tutacaq. Uşaqlara alqış düşür. Verdiyim tapşırıqları layiqincə yerinə yetirdilər”.
Qol.az-ın məlumatına görə, bu sözləri Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Kəpəz”lə cavab görüşündən (3:2) sonra keçirilən mətbuat konfransında “Keşlə”nin baş məşqçisi Ramiz Məmmədov deyib.
- Oyundan öncə mətbuatda söz-söhbətlər gəzirdi ki, bu, Ramiz Məmmədovun “Keşlə”nin sükanı arxasında sonuncu oyunu olacaq. Bununla bağlı Zaur müəllimə də sual vermişdik. Dedi ki, bir həftəyə kimi idarə heyətinin iclası olacaq. Orada hər şeyə aydınlıq gələcək. Siz özünüz necə düşünürsünüz, rəhbərlik sizə etimad göstərəcək, yoxsa... ?
- Komandaya yeni gələndə də demişdim ki, mənə 4 oyunluq tapşırıq verilib. Hansı klubda işləməyimdən asılı olmayaraq, bütün rəhbərlərin qərarlarına hörmətlə yanaşmışam. Qarşıma nə məqsəd qoyulmuşdusa, bacardığımı etdim. Bundan sonrakı qərar rəhbərliyindir. Hansı qərarı versələr, buna uyğun hərəkət edəcəm.
- Zaur Axundov deyib ki, dəyişiklik olsa belə, Ramiz Məmmədov klubda qalacaq...
- Bunu gələcək göstərəcək. Klub rəhbərliyi ilə söhbətimiz olacaq. Əvvəl onların, sonra da mənim qərarımdan çox şey asılıdır.
- Sizə də elə gəlmirmi ki, Ramiz Məmmədov neçə illərdir Azərbaycan futbolunda örtülü qalmış sandığı açdı...
- Belə deməzdim. Həmişə işimə çox məsuliyyətli olmuşam. Oyunun analizləri də göstərirdi ki, bəzi uşaqlar potensiallarından aşağı səviyyədə çıxış edir. Bunu edən Ramiz Məmmədov yox, Allahdır. Burada heç bir yenilik olmadı. Səhnəarxası nə var idisə, hamısını ortalığa Allah çıxardı. Yəqin ki, bundan sonra təkrar olunmaz. Hamı ləyaqətlə öz çörəyini qazanar.
- Bu gün gənclərə daha çox şans verdiniz. İnanırsınız ki, “Keşlə” bu futbolçularla gələcəkdə daha yüksək yerlər uğrunda mübarizə aparacaq?
- Bu gün həqiqən “Keşlə”nin aşağı yaş qruplarında çox yaxşı futbolçular yetişməkdədir. Estafeti bir-birilərinə layiqincə ötürürlər. Biz bu uşaqlara vaxtında inanmalı, dəyər verməliyik. Onlara şans verməliyik ki, gələcəkdə Azərbaycan futboluna xeyir versinlər.
PSJ Enrike ilə müqaviləni uzadır
İtaliya millisinin yeni baş məşqçisi açıqlandı - Rəsmi
"Barselona"dan Messi açıqlaması
Endrik 19 yaşında ata olacaq - Şəkil
Deşam "Real"ın baş məşqçisi ola bilər
"Borussiya"da yeni müqavilə
Rüstəmlinin het-triki, "Karvan-Yevlax"ın qalibiyyəti - Video
“Bəzi komandalarla nəinki başabaş, üstün də oynaya bilərik”
“Qarabağ”la oyundan sonra komandamı tanıya bilmirəm”
İnfantino Ərdoğana dünya kubokunu verdi
Rauf Rüstəmli het-trik etdi - “Karvan-Yevlax” qalib gəldi
"Yuventus" Spalettinin müqaviləsini uzatdı - Rəsmi
Polşa millisinin məşqçisi 49 yaşında vəfat etdi
Alisson Bekker "Yuventus"la razılaşdı
AFFA-nın təşkilatçılığı ilə keçirilən UEFA kursu başa çatdı
Yevlaxda heyətlər açıqlandı
Məqsəd İsayev çarpaz bağlarından əməliyyat edildi
Gəncə stadionuna ot örtüyü salınır - Video
9 illik “Liverpul” karyerası bitir - Rəsmi
"Səbail" tərcüməçisinə görə cərimə olundu
"Arsenal" Arteta ilə yeni müqavilə üçün danışığa başlayıb
Fernando Santuşla bağlı diqqətçəkən xəbər
"Budo-Qlimt"in rus qapıçısı Norveç vətəndaşlığı aldı
Keysuki Hondanın yeni klubu bilindi
Misli Premyer Liqasında 5 oyunun hakimləri açıqlandı
Niderland klublarından belə uduzanı olmamışdı
"Gürcüstan yığması səhvlərimizi bağışlamadı"
Arda Turan: "Arxayınlıq yaransa, darmadağın olarıq" - Video
Arbeloa ilə futbolçusu arasında münaqişə
Messinin zərbəsi fotoqrafa baha başa gəldi - Video
Konfrans Liqasında 1/4 final başladı
"Aston Villa" və "Frayburq"dan qələbə
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi