“Sumqayıt”ın kapitanı Vurğun Hüseynov Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Qarabağ”a 1:2 hesablı məğlubiyyətdən sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə oyunu şərh edib.
- Həm çempionat, həm də kubok oyununda birinci hissədə öndə oluruq, ikinci yarıda uduzuruq. Biz də qələbə qazanmaq istəyirdik. Amma alınmadı. Düşünürəm ki, 2:1 pis nəticə deyil. Evdə yaxşı mübarizə aparıb, mərhələni keçə bilərik. Bu oyunu analiz edib yaxşı nəticə qazanmaq olar.
- İkinci hissədə niyə oynaya bilmirsiniz?
- Rəqibin təzyiqi artıqca arxada oturmağa məcbur qalırsan. Bu isə bizim oynamağımızdan yox, rəqibin təzyiqindən asılı olan bir şeydir.
- Fərhad Vəliyevin oyunun sonlarında qırmızı vərəqə gördüyü epizod haqda nə deyə bilərsən?
- Ramil Diniyev epizoda yaxın idi. Fikrimcə, qırmızı vərəqə doğru qərar idi.
- Cavab oyunu ərəfəsində əsas qapıçınızı itirdiniz. Fərhadın olmaması işinizi çətinləşdirməyəcək?
- Fərhad bizim əsas qapıçımızdır. Mehdi də pis qapıçı deyil. Düşünürəm ki, Vəliyevi layiqincə əvəzləməyə çalışacaq.
- Səfərdə vurulan bir qol növbəti mərhələyə çıxmaq üçün ümid verirmi?
- Təbii ki, ümid həmişə var. Çalışacağıq ki, bundan maksimum yararlanaq.
"Qarabağ" Niderlanddan qələbə ilə qayıdır
Avropa Liqası: "Beşiktaş"dan qələbə, "Trabzonspor" büdrədi
"Ayaks" azarkeşlərindən etiraz
Şeydayev oynadı, komandası qalib gəldi
"Məni ən çox nankorluq narahat edir"
“Kayrat”dan ağır məğlubiyyət
Onlar da bugünkü oyunu buraxırlar - “Qarabağ”da yeni itkilər
“Qarabağ” “Tvente” ilə oyuna bu heyətlə çıxır
Ronaldinyo 46 yaşında karyerasını bərpa edir
London klubu azarkeşlərinə xəbərdarlıq etdi
“Bu forma üçün əlimdən gələni edəcəyəm”
Premyer Liqadakı ilk matçını buraxa bilər
“Karvan-Yevlax” nigeriyalı futbolçu ilə gücləndi
“Barselona” Kanselunu transfer etdi
Klub tarixinin ən gənc debütantı oldu
"Qarabağ"la oyun öncəsi "Tvente"də ayrılıq
"Barselona" Kundeyə qiymət qoydu
"Parma"dan "Benfika"ya - Rəsmi
"Qalatasaray" rus futbolçunun transferini elan etdi
Dünyanın ən bahalı futbol klubları – Siyahı
Azərbaycandan ayrılıb Polşa klubuna keçdi
La Liqada 400-cü oyun