Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov Qol.az saytına müsahibə verib. O, son 2 gündə ölkə mətbuatının gündəmini zəbt edən danışılmış oyunlar və buna görə verilən cəzalara münasibət bildirib.
- “Keşlə”nin futbolçuları Nizami Hacıyev və Mirhüseyn Seyidov danışılmış oyunlarda günahlandırılırlar. Sizin bunlara münasibətinizi bilmək maraqlı olardı...
- Mən yenə də inanmıram. Çünki Azərbaycan futbolunda belə şey olmayıb. İndi aləm bir-birinə dəyib. Bunu əvvəlcə tam dəqiqliyi ilə təsdiq etmək, sonra mətbuata çıxarmaq lazımdır. Sözlə olmaz axı. Onlar özləri təsdiq ediblər ki, belə bir şey olub?
- Mirhüseyn Seyidov mətbuata müsahibəsində hər şeyi etiraf edib...
- Elə belə də deyib? Nə bilim, vallah. Özüm də məəttəl qalmışam. Amma yenə deyim ki, inanmıram. Söz tapa bilmirəm. Çünki bizim vaxtımızda belə şeylər yox idi.
- Bəlkə o vaxtlar da olub. Sadəcə, indiki kimi üstünə düşən, araşdıran olmayıb? Bilirsiniz ki, yeni qanun qüvvəyə minəndən sonra artıq işə hüquq-mühafizə orqanları birbaşa nəzarət edirlər...
- Qanun çıxdı-çıxmadı, elə şey olmayıb. Hər bir futbolçu zəif oynaya bilər. İlboyu eyni səviyyədə çıxış edə bilməz. Messinin özü də hərdən zəif oynayır. O demək deyil ki, Messinin fikri başqadır. Zəif oynamaq ayrı, oyunu vermək ayrı. Söz tapa bilmirəm. Çünki inanmıram.
- Əgər belə bir şey yoxdursa, onda sizcə, bu qədər həngamənin səbəbi nədir?
- Bilmirəm. Bunu onlardan soruşmaq lazımdır.
- Kimdən?
- Kim bu həngaməni törədirsə, onlardan.
- Futbolçuları nəzərdə tutursunuz, yoxsa?..
- Əlbəttə, futbolçuları. Onlar hər şeyi açıb deməlidirlər. Zəif oynamaq olar. Amma oyunu satmaq... İnanın ki, deməyə söz tapmıram.
- Siz bu futbolçuları tanıyırsınız. Onlardan belə bir şey gözləmək olarmı?
- Əlbəttə, tanıyıram. Hətta Nizami bir il “Xəzər Lənkəran”da mənim rəhbərliyim altında oynayıb. Mirhüseyni isə milli komandadan tanıyıram. “Neftçi” də normal çıxış edib. Ağıllı futbolçudur. Çox qəribədir. Heç birindən bu cür hərəkət gözləmirəm. Belə şey ola bilməz.
- Yəqin məlumatınız var, AFFA hər iki futbolçunu ömürlük futboldan kənarlaşdırdı...
- Doğrudan? Bunu bilmirdim. Kim nə edibsə, qoy, qanun çərçivəsində cavab versin. AFFA belə qərar veribsə, deməli, lazımdır. Qoy, gənc futbolçulara da dərs olsun. Mən hər şeyi araşdıra bilərəm. Oyun alqı-satqısına inanmıram. Amma bu gün iclas olubsa, federasiya bu cür qərar çıxarıbsa, deməli, lazımdır. Cəza bərk olmalıdır.
Elnur SALAHOV
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı