AFFA danışılmış oyunlarla bağlı bəyanat verib.
Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, bəyanatda qeyd edilib ki, idman oyunlarının nəticələrinin manipulyasıyası ilə bağlı Azərbaycan Respublikasının Qanunvericiliyinə əlavə və dəyişikliklər edilib və Cinayət Məcəlləsində bununla bağlı xüsusi maddə öz əksini tapıb.
Bildirilib ki, danışılmış oyunlarla və onların mümkün fəsadları ilə bağlı AFFA tərəfindən klublar və futbol ictimaiyyəti üçün mütəmadi şəkildə maarifləndirmə işləri aparılır: “Bununla əlaqədar, sonuncu belə tədbir prokurorluq orqanları əməkdaşlarının iştirakı ilə klub nümayəndələri üçün AFFA-nın inzibati binasında noyabrın 13-də keçirilib və idman oyunlarının nəticələrinin manipulyasıyası və danışılmış oyunlar barədə hərtərəfli məlumat verilib. Eləcə də, AFFA-nın son Konfransında idman oyunlarının nəticələrinin manipulyasıyası mövzusunda məlumatlar futbol ictimaiyyətinin diqqətinə çatdırılıb.
Xatırladaq ki, ötən mövsüm danışılmış oyunlarla bağlı UEFA-dan daxil olmuş məlumatlar və AFFA-nın apardığı araşdırmalar nəzərə alınaraq, I Divizionda çıxış edən bir neçə klub, futbolçu, inzibati işçilər və hakimlə bağlı İntizam Komitəsinin qərarına uyğun olaraq, müvafiq cəzalar tətbiq olundu.
“Danışılmış oyunlar” dünyanın, demək olar ki, bütün ölkələrində rast gəlinən neqativ haldır və AFFA idman oyunlarının nəticələrinin manipulyasıyasına qarşı mübarizə aparan müvafiq orqanlarla hərtərəfli əməkdaşlıq etməyə, onlara dəstək verməyə hər zaman hazırdır.
Qeyd etdiyimiz kimi, danışılmış oyunlarla bağlı məsələlər qanunvericilikdə də nəzərdə tutulduğu üçün, təbii ki, hüquq-mühafizə orqanları tərəfindən də müvafiq tədbirlər görülür.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası idman oyunlarının nəticələrinin manipulyasıyası cəhdlərini, bu prosesdə iştirak edən bütün şəxsləri şiddətlə qınayır, bu cür neqativ halların qarşısının alınmasında fəaliyyət göstərən müvafiq orqanlara təşəkkür edir, gələcəkdə də əməkdaşlığa hazır olduğunu bildirir”.
Qeyd edək ki, bu gün AFFA İntizam Komitəsi “Keşlə” Peşəkar Futbol Klubunun rəsmi müraciətinə, hüquq-mühafizə orqanları tərəfindən təqdim edilmiş məktuba və UEFA-dan daxil olmuş məlumatlara əsasən, iştirakçısı olduğu oyunun idman nəticəsinin manipulyasiyasına görə “Keşlə” Peşəkar Futbol Klubunun futbolçuları - Nizami Hacıyevə və Mirhüseyn Seyidova futbola aid hər bir məşğuliyyət ömürlük qadağan edilib.
"Qarabağ" Niderlanddan qələbə ilə qayıdır
Avropa Liqası: "Beşiktaş"dan qələbə, "Trabzonspor" büdrədi
"Ayaks" azarkeşlərindən etiraz
Şeydayev oynadı, komandası qalib gəldi
"Məni ən çox nankorluq narahat edir"
“Kayrat”dan ağır məğlubiyyət
Onlar da bugünkü oyunu buraxırlar - “Qarabağ”da yeni itkilər
“Qarabağ” “Tvente” ilə oyuna bu heyətlə çıxır
Ronaldinyo 46 yaşında karyerasını bərpa edir
London klubu azarkeşlərinə xəbərdarlıq etdi
“Bu forma üçün əlimdən gələni edəcəyəm”
Premyer Liqadakı ilk matçını buraxa bilər
“Karvan-Yevlax” nigeriyalı futbolçu ilə gücləndi
“Barselona” Kanselunu transfer etdi
Klub tarixinin ən gənc debütantı oldu
"Qarabağ"la oyun öncəsi "Tvente"də ayrılıq
"Barselona" Kundeyə qiymət qoydu
"Parma"dan "Benfika"ya - Rəsmi
"Qalatasaray" rus futbolçunun transferini elan etdi
Dünyanın ən bahalı futbol klubları – Siyahı