DÇ-2018-in püşkü atıldı

DÇ-2018-in püşkü atıldı
GÜNDƏM 1 Dekabr 2017 / 19:56 12605
-  A +

Bu gün gələn il Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının püşkatma mərasimi keçirilib.

Qol.az-ın məlumatına görə, püşkatma mərasimi Moskvada Dövlət Kreml Sarayında keçirilib və Bakı vaxtı ilə 19:00-da start götürüb.  DÇ-2018-in final mərhələsində vəsiqə qazanan 32 komanda 8 qrupa bölünüb.

Turun açılış matçında meydan sahibi Rusiya millisi Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq

DÇ-2018-in qrupları aşağıdakı kimidir:

A qrupu

Rusiya
Səudiyyə Ərəbistanı
Misir
Uruqvay


B qrupu

Portuqaliya
İspaniya
Mərakeş
İran

C  qrupu

Fransa
Avstraliya
Peru
Danimarka

D qrupu

Argentina
İslandiya
Xorvatiya
Nigeriya

E qrupu

Braziliya
İsveçrə
Kosta-Rika
Serbiya

F qrupu

Almaniya
Meksika
İsveç
Cənubi Koreya

G qrupu

Belçika
Panama
Tunis
İngiltərə

H qrupu

Polşa
Seneqal
Kolumbiya
Yaponiya

Qeyd edək ki, DÇ-2018 14 iyun - 15 iyulda Rusiyanın 11 şəhərində keçiriləcək.

 

Daha çox


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır