Topaz Premyer Liqasının XIII turunun “Kəpəz”lə səfər oyununda 2 qol vuran Baqali Dabo “Qəbələ”nin tarixində ən məhsuldar oyunçular siyahısında “Top-5”ə daxil olub.
Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, hesabında 19 qol olan hücumçu 4-5-ci yerləri Daniel Subotiçlə bölüşür. Yalnız üç futbolçu - Viktor Mendi (33), Dodo (30) və Rövşən Əhmədov (20) daha çox qol vurub. Premyer Liqada 15-ci dəfə fərqlənən Baqali UEFA Avropa Liqasında 3, Azərbaycan kubokunda 1 qola sevinib.
Baqali Dabo “Qəbələ”nin tarixində ən çox dubl edən futbolçu adına yiyələnib. “Kəpəz”lə qarşılaşmada 2 dəfə fərqlənən hücumçu “qırmızı-qara” formada 5-ci dublunu rəsmiləşdirib. Bununla da Dabo 4 dəfə dubl edən Kənan Kərimovu arxada qoyub. Baqali ötən mövsüm 1 dəfə Premyer Liqa, 1 dəfə UEFA Avropa Liqasında, cari mövsümdə isə 3 dəfə Premyer Liqada bir oyuna 2 qol vurub. O, həm də bir çempionatda 3 dubla imza atan ilk “Qəbələ”lidir.
“Kəpəz”lə qarşılaşmanın 26-cı saniyəsində hesabı açan Baqali Dabo mövsümün ən erkən qoluna imza atıb. O, “Qəbələ”nin tarixinə 1-ci dəqiqədə qol vuran 3-cü futbolçu kimi düşüb. Lakin Dodo və Yannik Kamanan ev oyununda bunu bacarmışdısa, Dabo klub tarixinə ən erkən səfər qolunun müəllifi kimi düşüb.
Yannik Kamanan - 23.02.2013. “Qəbələ” - “Xəzər Lənkəran” - 2:0
Dodo - 04.10.2015. “Qəbələ” - “Xəzər Lənkəran” - 6:0
Baqali Dabo - 25.11.2017. “Kəpəz” - “Qəbələ” - 1:6
Gəncədə qazanılan nəticə “Qəbələ”nin tarixində 45-ci, Premyer Liqada 25-ci böyükhesablı qələbə olub. “Qırmızı-qaralar” səfərdə 17-ci belə uğura imza atıb ki, onlardan 11-i Premyer Liqaya təsadüf edib.
“Qəbələ” tarixində 8-ci dəfə bir oyunda 6 və ya daha çox qol vurub. Həm də 5 və ya daha çox fərq qeydə alınan matçlardan 3-ü səfərdə baş tutub. Premyer Liqada 4 belə qələbəsi olan “Qəbələ” 3-cü dəfə rəqib meydanında qalib gəlib. Ümumiyyətlə, daha böyük fərqli qələbələri olan “qırmızı-qaralar” ilk dəfə 5 top fərqilə üstün olub.
11.11.2007. “Gənclərbirliyi” - “Qəbələ” - 0:6
04.10.2015. “Qəbələ” - “Xəzər Lənkəran” - 6:0
10.09.2016. “Neftçi” - “Qəbələ” - 0:8
25.11.2017. “Kəpəz” - “Qəbələ” - 1:6
"Qarabağ" Niderlanddan qələbə ilə qayıdır
Avropa Liqası: "Beşiktaş"dan qələbə, "Trabzonspor" büdrədi
"Ayaks" azarkeşlərindən etiraz
Şeydayev oynadı, komandası qalib gəldi
"Məni ən çox nankorluq narahat edir"
“Kayrat”dan ağır məğlubiyyət
Onlar da bugünkü oyunu buraxırlar - “Qarabağ”da yeni itkilər
“Qarabağ” “Tvente” ilə oyuna bu heyətlə çıxır
Ronaldinyo 46 yaşında karyerasını bərpa edir
London klubu azarkeşlərinə xəbərdarlıq etdi
“Bu forma üçün əlimdən gələni edəcəyəm”
Premyer Liqadakı ilk matçını buraxa bilər
“Karvan-Yevlax” nigeriyalı futbolçu ilə gücləndi
“Barselona” Kanselunu transfer etdi
Klub tarixinin ən gənc debütantı oldu
"Qarabağ"la oyun öncəsi "Tvente"də ayrılıq
"Barselona" Kundeyə qiymət qoydu
"Parma"dan "Benfika"ya - Rəsmi
"Qalatasaray" rus futbolçunun transferini elan etdi
Dünyanın ən bahalı futbol klubları – Siyahı