UEFA İntizam Komitəsi "Qarabağ" klubunun futbolçusu Pedro Enrikeni 2 oyunluq cəzalandırıb.
Qol.az-ın məlumatına görə, səbəb braziliyalı legionerin Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda İspaniya "Atletiko"su ilə səfər matçında birbaşa qırmızı vərəqə almasıdır.
İntizam Kodeksinin 15-ci maddəsini rəhbər tutan Avropa futbol qurumu 27 yaşlı yarımmüdafiəçini qrup mərhələsindəki qalan oyunlardan diskvalifikasiya edib. Bu isə o deməkdir ki, "sambaçı" "Qarabağ"ın noyabrın 22-də Bakıda İngiltərənin "Çelsi", dekabrın 5-də isə İtaliya paytaxtında "Roma" ilə keçirəcəyi görüşlərdən kənarda qalacaq.
Qeyd edək ki, Pedro Enrike Madriddə keçirilmiş oyunun 59-cu dəqiqəsində "Atletiko"nun müdafiəçisi Dieqo Qodinin sifətinə açıq ayaqla zərbə endirdiyi üçün birbaşa qırmızı vərəqə alıb. 1:1 hesabı ilə yekunlaşan matçda meydan sahiblərinin futbolçusu Stefan Saviç də qırmızı vərəqə alıb. Lakin o, 88-ci dəqiqədə ikinci “sarı” ilə komandasını azlıqda qoyub. Braziliyalı oyunçu "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki ilk qolunun müəllifidir. O, sentyabrın 27-də Bakıda "Roma" ilə II tur matçında fərqlənib. Lakin Azərbaycan komandası görüşü məğlubiyyətlə başa vurub - 1:2.
"Qarabağ" Niderlanddan qələbə ilə qayıdır
Avropa Liqası: "Beşiktaş"dan qələbə, "Trabzonspor" büdrədi
"Ayaks" azarkeşlərindən etiraz
Şeydayev oynadı, komandası qalib gəldi
"Məni ən çox nankorluq narahat edir"
“Kayrat”dan ağır məğlubiyyət
Onlar da bugünkü oyunu buraxırlar - “Qarabağ”da yeni itkilər
“Qarabağ” “Tvente” ilə oyuna bu heyətlə çıxır
Ronaldinyo 46 yaşında karyerasını bərpa edir
London klubu azarkeşlərinə xəbərdarlıq etdi
“Bu forma üçün əlimdən gələni edəcəyəm”
Premyer Liqadakı ilk matçını buraxa bilər
“Karvan-Yevlax” nigeriyalı futbolçu ilə gücləndi
“Barselona” Kanselunu transfer etdi
Klub tarixinin ən gənc debütantı oldu
"Qarabağ"la oyun öncəsi "Tvente"də ayrılıq
"Barselona" Kundeyə qiymət qoydu
"Parma"dan "Benfika"ya - Rəsmi
"Qalatasaray" rus futbolçunun transferini elan etdi