“Orada heç nə olmayıb. Sadəcə, şüşə sınıq idi. Arxaya dönəndə əlim dəydi, düşdü yerə. Heç nə sınmayıb”.
Bu sözləri Qol.az saytına açıqlamasında “Şüvəlan”ın baş məşqçisi Aqil Nəbiyev deyib.
AFFA İntizam Komitəsi birinci divizionun 8-ci turunun “Mil-Muğan”la matçında Nəbiyevin stadionun plastik şitini sındırmasını əsas gətirərək, dəymiş ziyana görə meydan sahiblərinin təqdim edəcəyi hesabın qonaqlar tərəfindən ödəniləcəyini açıqlayıb. Məsələylə bağlı danışan Nəbiyev İK-in qərarına münasibət bildirib:
“Oyundan sonra onların rəhbərliyi ilə danışdıq. Dedilər ki, heç bir problem yoxdur. Yəqin ki, hakimlər belə yazıblar. Orada ciddi bir şey olmayıb. Əsəbi deyildim. Hələ birinci hissə gedirdi. Hesab da 0:0 idi. Hətta köməkçim Əli Abışov onlara yaxınlaşıb soruşdu ki, nə lazımdırsa, haqq-hesab edək. 20-30 manatlıq xərci var idi. Onlar da dedilər ki, ayıb deyilmi. Hakimlər niyə belə yazıblar, bilmirəm. Biri var nəyisə vurub sındırasan, biri də var ki, sınıq şey yerə düşüb”.
Qeyd edək ki, “Mil-Muğan” – “Şüvəlan” oyunu 3:0 hesabı ilə meydan sahiblərinin xeyirinə başa çatıb.
"Qarabağ" Niderlanddan qələbə ilə qayıdır
Avropa Liqası: "Beşiktaş"dan qələbə, "Trabzonspor" büdrədi
"Ayaks" azarkeşlərindən etiraz
Şeydayev oynadı, komandası qalib gəldi
"Məni ən çox nankorluq narahat edir"
“Kayrat”dan ağır məğlubiyyət
Onlar da bugünkü oyunu buraxırlar - “Qarabağ”da yeni itkilər
“Qarabağ” “Tvente” ilə oyuna bu heyətlə çıxır
Ronaldinyo 46 yaşında karyerasını bərpa edir
London klubu azarkeşlərinə xəbərdarlıq etdi
“Bu forma üçün əlimdən gələni edəcəyəm”
Premyer Liqadakı ilk matçını buraxa bilər
“Karvan-Yevlax” nigeriyalı futbolçu ilə gücləndi
“Barselona” Kanselunu transfer etdi
Klub tarixinin ən gənc debütantı oldu
"Qarabağ"la oyun öncəsi "Tvente"də ayrılıq
"Barselona" Kundeyə qiymət qoydu
"Parma"dan "Benfika"ya - Rəsmi
"Qalatasaray" rus futbolçunun transferini elan etdi