21 yaşadək futbolçulardan ibarət yığmamızın üzvü İlkin Sadiqov Avropa çempionatının seçmə mərhələsində Kosovo millisi ilə qolsuz başa çatan oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb.
- Qəbələ qazanmaq istəyirdik. Sona qədər mübarizə apardıq. Təəssüf ki, alınmadı. 1 xal qazandıq. Hamımızda istək çox idi. Vaxt azaldıqca bu istək daha da artırdı. Yəqin bunun nəticəsidir ki, sonda qırmızı vərəqə gördüm. Əslində qol vurub, komandama 3 xal qazandırmaq istəyirdim. Orada məqsədim rəqibi vurmaq deyildi.
- Həmin epizodda qol vurmağına nə mane oldu?
- Əlimdən gələni elədim. Əslində topa zərbə də vurdum. Amma alınmadı.
- Necə düşünürsən, bu gün qazanılan 1 xalı uğurlu nəticə saymaq olar?
- Xeyr, uğurlu saymaq olmaz. Çünki qələbə qazana bilərdik. Amma 2 qırmızı vərəqəni nəzərə alsaq, buna görə hardasa yaxşı nəticə saymaq olar.
- Axı qırmızı vərəqələri 87-ci dəqiqədən sonra aldınız...
- Düzdür, amma buna qədər də epizodlarımız oldu. Sadəcə, istifadə edə bilmədik.
- Yəqin razılaşarsan ki, komandada dağınıqlıq var...
- Komanda hələ tam formalaşmayıb. Təlim-məşq toplanışlarına tez-tez yığışa bilmirik. Cəmi 5-10 gün bir yerdə hazırlaşırıq. Bəlkə də buna görədir.
- Komandanın formalaşması üçün nə qədər vaxt lazımdı?
- Bilmirəm, nə deyim. Hər şey zamandan asılıdır.
- Son iki oyununuzu millinin baş məşqçisi Qurban Qurbanov da izlədi. U-21 əsas millinin gələcəyi hesab olunur. Adətən bu cür oyunlarda futbolçular özlərini göstərmək, əsas milliyə namizəd olduqlarını sübut eləməyə çalışırlar. Ancaq sizdə bu istək hiss olunmur. Bu nə ilə bağlıdır?
- Uduzmağı heç kim istəmir. Reallığa qalsa, Almaniya bizdən qat-qat güclüdür. Bu gün isə uşaqlar meydanda çox həvəsli idilər. Udmaq istəyirdik. Təəssüf ki, istəyimizi həyata keçirə bilmədik.
- Almaniyaya böyükhesablı məğlubiyyətdən sonra psixoloji gərginlikdən necə çıxdınız?
- Məşqçilərimiz sağ olsunlar. Bu oyuna bizi köklədilər. Almaniya ilə oyunda ümumiyyətlə motivasiyamız yox idi. Bu gün isə meydanda göründü ki, komandanın istəyi var. Can qoydular.
- Kosovo ilə səfər oyunu haqda nə düşünürsən?
- Nə deyim. Hər şey oyun vaxtı meydanda görünəcək. Kim güclüdürsə, o da qalib gələcək.
"Beşiktaş" 7 futbolçusunu göndərə bilər
Pelenin rekorduna yaxınlaşır
Mundialların "aqressiv" üçüncüsü oldu
"Ayntraxt" 18 yaşlı futbolçuya göz dikdi
FİFA bu matçla bağlı araşdırma aparmaqdan imtina etdi
Kovaçiç klubunu dəyişə bilər
Neymardan təqdirəlayiq addım
Növbəti mundiala hazırlaşırdı, istefaya göndərdilər
"Zirə"nin rəqibi bilindi
Braziliya - Yaponiya: Heyətlər
"Qalatasaray" onu hədəfə aldı
AFFA-da yeni təyinat - Şəkillər
DÇ-2026-dakı uğursuzluğa görə ölümlə hədələnir
"Çelsi" Mareska ilə bağlı bəyanat yaydı
"Mançester Siti" yeni baş məşqçisini açıqladı
“Qəbələ”dən mövsümün ilk transferi
"İmişli" Kaşkilya ilə yolları ayırdı
İtaliya klubunun yeni baş məşqçisi açıqlandı
DÇ-2026-darekord tamaşaçı sayı
Fransa millisindən 96 yaşlı azarkeşə Mbappe jesti
FTB DÇ-2026 zamanı 400-dən çox dronu müsadirə edib
Levandovskinin karyerasında yeni mərhələ
“Barselona” Keyn üçün ilk addımı atdı
"Araz-Naxçıvan"ın rəqibləri açıqlandı
Şotlandiya millisinin baş məşqçisi istefa verdi
25 yaşında karyerasını bitirdi - "Zirə"də çalışacaq
DÇ-2026 matçının ictimai yayımı zamanı atışma
Daha bir mövsüm "Araz-Naxçıvan"da - Rəsmi