UEFA İntizam Komitəsi "Marsel"in futbolçusu Patris Evraya ağır cəza tətbiq edib.
Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, buna onun Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Gimaraynş"la oyundan əvvəl azarkeşin başına təpiklə vurması səbəb olub. Buna görə UEFA 36 yaşlı müdafiəçini 2018-ci ili iyunun 30-na kimi avrokubok oyunlarından uzaqlaşdırıb. P.Evra eyni zamanda 25 min avro məbləğində cərimələnib.
Qeyd edək ki, "Gimaraynş"la oyundan əvvəl isinmə hərəkəti zamanı azarkeşlərdən biri Evranı təhqir edib. Buna tab gətirməyən P.Evra həmin azarkeşin başına təpiklə vurub. Bundan sonra görüşün baş hakimi Tamas Boqnar oyunçuya qırmızı vərəqə verib.
Xatırladaq ki, P.Evra etdiyi bu hərəkətə görə "Marsel"in əsas komandasından da uzaqlaşdırılıb.
"Qarabağ" Niderlanddan qələbə ilə qayıdır
Avropa Liqası: "Beşiktaş"dan qələbə, "Trabzonspor" büdrədi
"Ayaks" azarkeşlərindən etiraz
Şeydayev oynadı, komandası qalib gəldi
"Məni ən çox nankorluq narahat edir"
“Kayrat”dan ağır məğlubiyyət
Onlar da bugünkü oyunu buraxırlar - “Qarabağ”da yeni itkilər
“Qarabağ” “Tvente” ilə oyuna bu heyətlə çıxır
Ronaldinyo 46 yaşında karyerasını bərpa edir
London klubu azarkeşlərinə xəbərdarlıq etdi
“Bu forma üçün əlimdən gələni edəcəyəm”
Premyer Liqadakı ilk matçını buraxa bilər
“Karvan-Yevlax” nigeriyalı futbolçu ilə gücləndi
“Barselona” Kanselunu transfer etdi
Klub tarixinin ən gənc debütantı oldu
"Qarabağ"la oyun öncəsi "Tvente"də ayrılıq