Fərid Çexiyada dubl etdi

Fərid Çexiyada dubl etdi
GÜNDƏM 6 Noyabr 2017 / 16:40 5504
-  A +

19 yaşadək futbolçulardan ibarət millimizin üzvü Fərid Nəbiyev Çexiyada növbəti oyununu keçirib.

Qol.az-ın məlumatına görə, “Slaviya”nın U-21 komandasında çıxış edən futbolçumuz “Slovan”la qarşılaşmada dubl edib. Start heyətdə meydana çıxan 18 yaşlı oyunçu 73 və 86-cə dəqiqədə fərqlənərək komandasının 4:2 hesablı qələbəsində böyük pay sahibi olub.

Qeyd edək ki, “Slaviya” bu nəticədən sonra xallarının sayını 20-yə çatdıraraq turnir cədvəlində 7-ci pilləyə yüksəlib.

Əlavə edək ki, Fərid Nəbiyev "Qəbələ" Futbol Akademiyasının yetirməsidir. 

Daha çox


Son xəbərlər