Millimizin qapıçısı, “Mlada Boleslav”ın üzvü Kamran Ağayevin Çexiya çempionatının 13-cü turunda “Ostrava” ilə matçda meydandan qovulması komandada narazılıqla qarşılanıb.
Qeyd edək ki, K.Ağayev oyuna start heyətdə daxil olub. Ancaq o, görüşü sonadək davam etdirə bilməyib. Əvvəlcə qarşılaşmanın 73-cü dəqiqəsində hakimə yersiz etiraza görə sarı vərəqə ilə cəzalandırılan Kamran bundan iki dəqiqə sonra vaxtı uzatdığı üçün ikinci dəfə xəbərdarlıq alıb və meydandan qovulub.
Qol.az-ın Çexiya mətbuatına istinadən yaydığı xəbərə görə, “Mlada Boleslav”ın baş məşqçisi Duşan Uqrin deyib: “Bu, çox kobud səhv idi. Biz bunu komanda daxilində müzakirə edəcəyik. Kamran Ağayev düz hərəkət etmədi”.
Kapitan Lukaş Maqer də futbolçumuzun hərəkətindən narazılıq edib: “İlk vərəqəni o, hakimi söydüyünə görə aldı. Mən bilmirəm o hakimə nə dedi. Axı, Kamran ingilis dilində bilmir. Yəqin o hakimə Azərbaycan dilində söyüb. Hətta bundan sonra da Kamran emosiyalarını cilovlaya bilmədi və iki dəqiqə sonra növbəti səhvi etdiyindən meydandan çıxarıldı”.
Əlavə edək ki, K.Ağayev meydandan çıxarkən də vaxtı uzadıb. Bu dəfə isə meydan sahibi komandanın oyunçuları ona etiraz edərək vaxtı uzatmamağı istəyiblər.
Yuxarı
"Qarabağ" Niderlanddan qələbə ilə qayıdır
Avropa Liqası: "Beşiktaş"dan qələbə, "Trabzonspor" büdrədi
"Ayaks" azarkeşlərindən etiraz
Şeydayev oynadı, komandası qalib gəldi
"Məni ən çox nankorluq narahat edir"
“Kayrat”dan ağır məğlubiyyət
Onlar da bugünkü oyunu buraxırlar - “Qarabağ”da yeni itkilər
“Qarabağ” “Tvente” ilə oyuna bu heyətlə çıxır
Ronaldinyo 46 yaşında karyerasını bərpa edir
London klubu azarkeşlərinə xəbərdarlıq etdi
“Bu forma üçün əlimdən gələni edəcəyəm”
Premyer Liqadakı ilk matçını buraxa bilər
“Karvan-Yevlax” nigeriyalı futbolçu ilə gücləndi
“Barselona” Kanselunu transfer etdi
Klub tarixinin ən gənc debütantı oldu
"Qarabağ"la oyun öncəsi "Tvente"də ayrılıq