"Hər oyun bizim üçün bir təcrübədi. Çoxdandı səfər oyunu keçirmirdik. Düzdü, 3 qol buraxdıq. “Qəbələ”dən daha çox qol gözləyirdim. Rəqib qapımıza 4 ya 5 zərbə endirdi ki, onun da 3-ü qol oldu".
Qol.az-ın sport24.az-a istinadən yaydığı xəbərə bunu "Səbail"in baş məşqçisi Samir Əliyev Topaz Premyer Liqanın 10-cu turunda "Qəbələ"yə uduzduqları oyundan sonra deyib.
- Nurlan Novruzov əvəzlənən epizodda ona sərt etiraz etdiz.
- Nurlan Novruz hələ ki, istədiyimizi vermir. Onun oyunundan narazı qaldım.
- “Qəbələ” boşluqlar versə də, bundan istifadə edə bilmədiz...
- Bəli, rəqibin boşluqları çox oldu. Ancaq istifadə edə bilmədik.
- Son oyunlarda Amit Quluzadə yaxşı oyun sərgiləsə də, bu gün meydanda yox idi.
- Amit zədəlidi. “Qarabağ”la oyunda zədələnib. Buna görə, bu gün meydana çıxa bilmədi.
- “Səbail” əvvəlki oyunlarda daha sürətli görünürdü...
- Çalışırıq ki, sürətli oyun keçirək. Ancaq “Qəbələ” kimi komandalarla oyunda bu elə də alınmır. Məncə, bu cür rəqibə qarşı oyunumuz normal idi. Komandamın oyunundan razı qaldım.
- Murad Ağayev mərkəzdə çox top itirirdi...
- Əsas o idi ki, ötürməni dəqiq verəsən. Bilirdik ki, standart vəziyyətlərdə problemimiz olacaq. Rəqibin oyunçuları bizdən ucaboyludu.
- Bu gün “Qəbələ” güclü oynadı, yoxsa siz?
- Rəqibin daha çox hücumunu gözləyirdik. Fikrimcə, biz daha yaxşı təsir bağışladıq. Qapımız qarşısında çox təhlükəli vəziyyətlər yaratmadılar. Sadəcə, ustalıq öz sözünü dedi.
- Qışda dəyişiklik gözlənilir?
- Bizim müəyyən büdcəmiz var. Çalışırıq, ona uyğun oyunçular cəlb edək. Heyətimizdə gənc oyunçular çoxdu. Çalışırıq ki, Azərbaycan futboluna yeni futbolçular qazandıraq.
- Komandada gənc kimləri deyirsiz?
- Vüqar Nadirov və Popoviçini çıxsaq, komanda çempionatda ən gəncdi. Bizim komandamız ancaq Bakıda çıxış edib. Belə oyunlar çox keçirməliyik ki, təcrübə toplayaq.
"Qarabağ" Niderlanddan qələbə ilə qayıdır
Avropa Liqası: "Beşiktaş"dan qələbə, "Trabzonspor" büdrədi
"Ayaks" azarkeşlərindən etiraz
Şeydayev oynadı, komandası qalib gəldi
"Məni ən çox nankorluq narahat edir"
“Kayrat”dan ağır məğlubiyyət
Onlar da bugünkü oyunu buraxırlar - “Qarabağ”da yeni itkilər
“Qarabağ” “Tvente” ilə oyuna bu heyətlə çıxır
Ronaldinyo 46 yaşında karyerasını bərpa edir
London klubu azarkeşlərinə xəbərdarlıq etdi
“Bu forma üçün əlimdən gələni edəcəyəm”
Premyer Liqadakı ilk matçını buraxa bilər
“Karvan-Yevlax” nigeriyalı futbolçu ilə gücləndi
“Barselona” Kanselunu transfer etdi
Klub tarixinin ən gənc debütantı oldu
"Qarabağ"la oyun öncəsi "Tvente"də ayrılıq