“Turnir cədvəlində mövqeyimiz elə idi ki, “Qarabağ” qalib gəlsə, bizdən çox uzaqlaşacaqdı. Ona görə də bu oyuna ikiqat hazırlaşmışdıq”.
Bu sözləri Qol.az-a açıqlamasında “Qəbələ”nin futbolçusu Asif Məmmədov Topaz Premyer Liqanın 9-cu turunda evdə “Qarabağ”a qalib gəldikləri oyun haqda danışarkən deyib.
O, liderlə oyuna tam fərqli motivasiyada çıxdıqlarını bildirib: “Son vaxtlar futbol icitimaiyyəti “Qəbələ” haqda yaxşı danışmırdı. Komandamız zəif çıxışına görə tənqid olunurdu. Həm bu fikirləri alt-üst etmək, həm də azarkeşlərimizi sevindirmək üçün mübarizə apardıq. Yaxşı oyun sərgilədik. “Qarabağ” kimi komandanı məğlub etmək böyük işdir. Çünki rəqibimiz son vaxtlar çox yaxşı formadadır. Onların Çempionlar Liqasında “Atletiko” ilə oyunu bunu deməyə əsas verir. Buna görə də oyuna ikiqat hazırlaşmışdıq”.
Dünənki matçın bu mövsüm ən baxımlı oyunlarından biri olduğunu vurğulayan Məmmədov yaxşı oynamalarının səbəbini belə izah edib: “Yeni transferlərimiz əvvəl komandaya tam uyğunlaşmamışdısa, indi artıq kollektiv oyun nümayiş etdirə bilirik. Dünən stadionda da ab-hava yaxşı idi. Azarkeşlərimiz çox idi. Bunun hamısının rolu var. Getdikcə bundan da yaxşı oynayacağıq. Hələ super oynamırıq. Heyətimizə baxanda görünür ki, bundan da yaxısını edə bilərik”.
Oyunda yeganə qolun müəllif olan 31 yaşlı yarımmüdafiəçi komandasının qələbəsinin daha vacib olduğunu qeyd edib: “Qolu kimin vurmağının fərqi yoxdur. Mən buna o qədər də önəm vermirəm. Düzdür, “Qarabağ”a qol vurmağım yaxşıdır, ancaq dünənki oyunda əsas qələbə idi. Qol vurduğum epizoda qədər baş məşqçimiz mənə bir neçə dəfə bildirdi ki, hər şey yaxşıdır. Daha sonra qol vurduğum epizoddan da yaxşı fürsətim oldu, ancaq yararlana bilmədim”.
“Bəzi futbolçulara şans verməliyəm”
"Liverpul" 9 qolluq matçda qalib gəldi
Vinisius “Barselona” ilə oyunu buraxacaq
Elvinin matçı yarımçıq dayandırıldı
Flik ona istirahət verə bilər
Het-trikdən sonra aparıcı klubların hədəfinə tuş gəldi
Baş məşqçi ilə futbolçu arasında anlaşılmazlıq yarandı
“Bu, dünya futbolunda ən böyük hakimlik qalmaqalı ola bilər”
Arbeloa hakimi tənqid etdi, cəzalandırıldı
Fərid Namazovdan sonra “İmişli”də qərar verildi
Premyer Liqanın ən yaxşısı seçildi
“Arsenal” kütləvi ixtisarlar edə bilər
Superliqa klubunun yeni baş məşqçisi açıqlandı
Uğursuzluğa görə klub rəhbərliyini günahlandırdı
Keyn Messinin rekordunu qırdı
Azərbaycan güləşçisi dünya ikincisi oldu
"Milan" onunla yeni müqavilə imzalayır
Çexiya - Azərbaycan oyununun hakimləri açıqlandı
Okan Buruk “Barselona”ya məğlubiyyətdən danışdı
Diqqət! Azərbaycan derbisi gəlir...
ÇL-in oyunlarını yayımlayacaq kanallar
Arda Turandan Türkiyə millisi iddialarına cavab!
Mourinyo ilə jurnalist arasında maraqlı dialoq
"Sevincliyəm, qürurluyam, fəxr edirəm!" - Video
Azərbaycan klublarından avrokuboklarda yeni qələbə rekordu
Güləşçimiz U-23 dünya çempionatında gümüş medal qazandı
Azərbaycan UEFA reytinqində irəlilədi
"Qalatasaray" - "Barselona" matçında vurulan qollar - Video
İlk ev oyunu, ilk qələbə - Video
"Sabah" ÇL-də neçəncidir?
"Qalatasaray" "Barselona"ya uduzdu, "Atletiko"dan qələbə
“Söz verirəm ki, daha yaxşı oynayacağıq” - Dambrauskas
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
“Qarabağ” “Sabah”ı təbrik etdi
Bravo, “Sabah”!
Azərbaycan millisi “Antalyaspor”a qalib gəldi
"Qalatasaray" - "Barselona" matçının heyətləri açıqlandı
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
Premyer Liqa klubları zərərlə işləyir
"Bu söhbətlərdən yorulmuşam"
“Real” La Liqanın oyun təqvimindən narazı qaldı
Azarkeşlər son anda qadağa ilə üzləşdi
"Sabah" - "Slaviya" matçının heyətləri açıqlandı