“Zirə”nin baş məşqçisi Ayxan Abbasov Qol.az saytına müsahibə verib. Topaz Premyer Liqanın IX turunda “Sumqayıt”a 1:2 hesablı məğlubiyyəti şərh edən gənc mütəxəssis “Qəbələ” – “Qarabağ” (1:0) oyununa da toxunub.
- Topaz Premyer Liqanın son turunda səfərdə “Sumqayıt”a 1:2 hesabı ilə uduzdunuz. Bu, cari çempionatda komandanızın ilk məğlubiyyəti idi. Uğurlu seriyanı davam etdirməyə nə mane oldu?
- Bu çempionatda 14 oyun məğlub olmamaq asan iş deyil. Yaxşı seriyamız var idi. Bəzi futbolçularımız cavandılar. İddialı komandalarda oynamayıblar. İlk klubları “Zirə” olub. Görünür, həmin futbolçular bu yükü daşıya bilmirlər. Komanda yaxşı nəticələr qazandıqca, yuxarı pillələrə qalxdıqca, hiss edirdim ki, gərginlik yaranır. Bu oyunda qələbə qazanmağımıza mane olan əsas amil “Sumqayıt”ın bizdən daha istəkli olması idi. Psixoloji gərginliyi üstümüzdən ata bilmədik. Bundan başqa, azarkeş amilini də qeyd etmək olar. Ümumilikdə baxsaq, səbəblər var. Bunu analiz edirik. Amma mümkün deyil ki, bütün çempionat boyu məğlub olmayasan.
- Özünüz də qeyd etdiniz ki, psixoloji gərginlik həlledici rol oynadı. Belə çıxır ki, komandanı psixoloji cəhətdən oyuna tam hazırlaya bilməmişdiniz...
- İnanmıram ki, bu il hansısa komanda 6-cı dəqiqədə “Sumqayıt”a qol vurub. Bu komandaya qol vurmaq çox çətindi. Oyuna yaxşı başladıq. Bəlkə də erkən qol vurmağımız bizə mane oldu. Çünki arxaya çəkildik, istədiyimiz hücumları qura bilmədik. Bundan sonra “Sumqayıt”a daha da inam gəldi. Bizim üçün çətin oldu. İkinci hissədə isə ümumiyyətlə oyunumuz alınmadı. Çempionatda ən zəif oyunumuz idi.
- Yəni, deyirsiniz “Sumqayıt” layiqli qələbə qazandı...
- Həmişə sözün düzünü deməyi xoşlamışam. Bəli, “Sumqayıt” layiqli qələbə qazandı. Bu oyunda bizim üçün 1 xal yaxşı nəticə olardı. Çünki oyun alınmayanda, komanda zəif çıxış edəndə, 1 xal qazanmaq üstünlükdür. Turnir cədvəli “Sumqayıt”ı daha da istəkli olmağa məcbur elədi. Çünki xal fərqi arta bilərdi. Bütün bunları nəzərə alaraq, komanda ilə söhbət etmişdik. Bu cür çətin oyunların olacağını bildirmişdik. Hər komanda məğlub ola bilər. Hazır olmaq lazımdır.
- Ümumi götürəndə, oyun qarşılıqlı hücumlar şəraitində keçdi. Amma “Zirə”nin arxa xəttində boşluqlar görünürdü. Bu mənada, məsuliyyəti hardasa müdafiəçilərin üzərinə atmaq olarmı? Yoxsa bütün komanda pis oynadı?
- Əslində yaxşı məqama toxundunuz. Xırdalıqları açıqlayacam. Onların müdafiəçiləri bizim üstümüzə rahat gəlirdi. Çox rahat hücum qururdular. Biz isə hücumdan öz müdafiəmizi düzgün qura bilmədik. “Sumqayıt” ilk təhlükəlini standart vəziyyətdən yaratdı. 21-ci dəqiqəyə kimi bizim qapıya hücum etməmişdilər. İlk təhlükəli hücumdan sonra isə rəqib sanki ayıldı. Standart vəziyyətlərdə çox zəif oynadıq. Belə bir oyun bizdə “Astra” ilə səfər matçında olmuşdu. Ani diqqətsizlikdən müdafiədə səhvlər etdik.
- Bu məğlubiyyət qarşıdakı turlarda komandaya psixoloji cəhətdən nə dərəcədə təsir edəcək?
- Biz bu yerə bu futbolçularla gəlmişik. Xalları bu komanda ilə qazanmışıq. Bundan çətin durumlar olub. Ötən mövsüm qış fasiləsində “Zirə” bundan pis vəziyyətdə idi. Amma komanda şəklində birləşdik. Nəticədə 4-cü yeri tutduq və Avroliqaya vəsiqə qazandıq. Burda böyük bir problem olmayıb. Uduzmaq olar. Əsas odur, bunu analiz edib, eyni səhvləri təkrarlamayaq. İnanıram ki, qarşıdakı oyunlara köklənəcəyik. Oyunçularımı tanıyıram. “Zirə” hər zaman əzmkarlığı ilə seçilib. Gələn oyunda çalışacağıq ki, bu əzmkarlığı qaytaraq.
- Dünən “Qəbələ” “Qarabağ”ı məğlub etməklə, “Zirə”nin 2-ci pillədən saldı. Artıq demək olarmı ki, çempionatda mübarizə yenidən alovlanacaq?
- Düşünürəm ki, mübarizə sona qədər gedəcək. Dünən həm “Qəbələ”, həm də “Qarabağ” göstərdi ki, çempionluğa oynayırlar. Çalışacağıq ki, digər komandalarla gücümüz çatdığı qədər mübarizə aparaq. Amma bu cür çətin oyunlarımız da çox olacaq.
Elnur SALAHOV
“Bəzi futbolçulara şans verməliyəm”
"Liverpul" 9 qolluq matçda qalib gəldi
Vinisius “Barselona” ilə oyunu buraxacaq
Elvinin matçı yarımçıq dayandırıldı
Flik ona istirahət verə bilər
Het-trikdən sonra aparıcı klubların hədəfinə tuş gəldi
Baş məşqçi ilə futbolçu arasında anlaşılmazlıq yarandı
“Bu, dünya futbolunda ən böyük hakimlik qalmaqalı ola bilər”
Arbeloa hakimi tənqid etdi, cəzalandırıldı
Fərid Namazovdan sonra “İmişli”də qərar verildi
Premyer Liqanın ən yaxşısı seçildi
“Arsenal” kütləvi ixtisarlar edə bilər
Superliqa klubunun yeni baş məşqçisi açıqlandı
Uğursuzluğa görə klub rəhbərliyini günahlandırdı
Keyn Messinin rekordunu qırdı
Azərbaycan güləşçisi dünya ikincisi oldu
"Milan" onunla yeni müqavilə imzalayır
Çexiya - Azərbaycan oyununun hakimləri açıqlandı
Okan Buruk “Barselona”ya məğlubiyyətdən danışdı
Diqqət! Azərbaycan derbisi gəlir...
ÇL-in oyunlarını yayımlayacaq kanallar
Arda Turandan Türkiyə millisi iddialarına cavab!
Mourinyo ilə jurnalist arasında maraqlı dialoq
"Sevincliyəm, qürurluyam, fəxr edirəm!" - Video
Azərbaycan klublarından avrokuboklarda yeni qələbə rekordu
Güləşçimiz U-23 dünya çempionatında gümüş medal qazandı
Azərbaycan UEFA reytinqində irəlilədi
"Qalatasaray" - "Barselona" matçında vurulan qollar - Video
İlk ev oyunu, ilk qələbə - Video
"Sabah" ÇL-də neçəncidir?
"Qalatasaray" "Barselona"ya uduzdu, "Atletiko"dan qələbə
“Söz verirəm ki, daha yaxşı oynayacağıq” - Dambrauskas
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
“Qarabağ” “Sabah”ı təbrik etdi
Bravo, “Sabah”!
Azərbaycan millisi “Antalyaspor”a qalib gəldi
"Qalatasaray" - "Barselona" matçının heyətləri açıqlandı
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
Premyer Liqa klubları zərərlə işləyir
"Bu söhbətlərdən yorulmuşam"
“Real” La Liqanın oyun təqvimindən narazı qaldı
Azarkeşlər son anda qadağa ilə üzləşdi
"Sabah" - "Slaviya" matçının heyətləri açıqlandı