Topaz Premyer Liqanın 9-cu turunun “Qəbələ” – “Qarabağ” oyunu (1:0) zamanı maraqlı hadisə yaşanıb.
Qol.az-ın xəbərinə görə, oyunun sonlarına yaxın Rəşad Sadıqov rəqibin qapısına penalti təyin olunmasını tələb edib. O, bu zaman hətta baş hakim Ömər Paşayevi itələyib və ondan cərimə zərbəsi təyin edilməsini istəyib. Amma videotəkrarda hava mübarizəsi zamanı topun “Qarabağ”ın oyunçusu Dino Ndlovun əlinə dəydiyi aşkar görünür. Hakimi itələdiyi üçün Rəşad Sadıqova sarı vərəqə göstərilib.
Bununla belə, “Qarabağ”ın kapitanı matç başa çatdıqdan sonra da hakimlərə etiraz edib.



"Arsenal"dan getdi
Zinçenko klubsuz qaldı
“Neftçi”nin 4 rəqibi
Fransa - İsveç: Heyətlər
Haalanddan zəif göstərici
"Marsel"də baş məşqçi ayrılığı
Braziliya millisində itki
"Onlar akademiyalarda, biz isə çətinliklər içində böyüdük"