“Kəpəz”in yarımmüdafiəçisi Tural Rzayev Topaz Premyer Liqanın IX turunda “Neftçi”yə 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Qol.az-ın məlumatına görə, oyunla bağlı fikirlərini bildirən futbolçu oyundan sonra komandanın inzibatçısı Cavid Əhmədovla aralarında baş verən gərginliyə də aydınlıq gətirib.
- Oyunla bağlı nə deyə bilərsən? Səncə, qələbə üçün nə çatışmadı?
- Hər iki komanda qələbəyə yaxın idi. Mübarizə meyanın mərkəzində getdi. Bizim də qol imkanlarımız oldu. Elə bir oyun idi ki, kim bir qol vursa, qalib də gələcəkdi. Birinci hissədə yüz faizlik qol imkanımız oldu. Viktor qapıçı ilə üzbəüz qaldı. Əgər qol olsaydı, oyun tamam başqa cür olacaqdı. Amma alınmadı. “Neftçi” isə bizdən fərqli olaraq əlinə düşən imkandan maksimum yararlandı. Rəqibi təbrik edirik. Bundan sonra fikrimizi “İnter”lə oyuna yönəltməliyik. Çünki vəziyyətimiz elə də yaxşı deyil. Ardıcıl məğlubiyyətlər alırıq. Azarkeşlər də narazıdır. Həmin oyunda qələbə qazanıb, “qara zolaq”dan çıxmaq istəyirik.
- Hər oyundan sonra “Kəpəz”in futbolçularından bu cür açıqlamalar eşidirik: bundan sonra yaxşı olacaq, qarşıdakı oyuna ciddi hazırlaşacağıq, qələbə qazanacağıq. Amma hər dəfə görürük ki, bunlar sadəcə, sözdə qalır, meydanda görünmür...
- Düzdür, bundan əvvəlki oyunda da yaxşı oynamamışdıq. Amma “Zirə” ilə görüşdə pis təsir bağışlamamışdıq. Rəqib bizi əks-hücumlarda yaxalamışdı. “Neftçi”yə qarşı da pis oynamadıq. Hər iki tərəfdə də açıq oyun gedirdi. Sadəcə, bizim bəxtimiz gətirmədi. İlk qolu biz vursaydıq, qələbəni çətin əldən verərdik. Hətta əks-hücumlarda 2-ci qolu da vura bilərdik.Mən deməzdim, bu matçda pis oynadıq.
- Hücumda çatışmazlıq var. Son nöqtəni qoya bilmirsiniz...
- Düz vurğulayırsınız. Bu, statistikada, vurduğumuz qolların az olmasında da görünür. Həqiqətən hücum xəttində çatışmazlıqlar var. Özüm də hücumameylli oyunçuyam. İçi mən qarışıq, hamımızda çatışmazlıq var. İşləmək lazımdır. Ələ düşən imkanları dəyərləndirməliyik. Hər oyunda 10-15 imkan ələ düşə bilməz. 1-2 şans olur, gərək, onları da dəyərləndirəsən.
- Oyunun idarəçiliyi barədə nə düşünürsən? Bir epizodda Əliyar Ağayevin qərarı narazılıqla qarşılandı. Penalti gözləsəniz də, davam qərarı verdi...
- Hakimliklə bağlı nə danışa bilərəm? Epizodu meydanda tam görmədim. Təkrarına baxmaq lazımdı. Mənə elə gəldi ki, penaltidi.
- Sən gəncəlisən. Yəqin ki, komandanın bu cür çıxışı ən çox sənə təsir edir. Bununla bağlı nəsə edirsənmi? Yəni, futbolçulara başa salırsanmı ki, Gəncə üçün “Kəpəz” nə deməkdi?
- Əslində mənim nəsə deməyimə ehtiyac yoxdu. Hamı başa düşür, “Kəpəz” nə deməkdi, buranın azarkeşləri necə tələbkardı. Hamıya ağırdı. Mənə ikiqat ağırdı. Çünki bütün yaxınlarım hamısı burdadı. Adam camaat içinə çıxmağa utanır. Gəncəliyəm, bu komandanı təmsil edirəm. Ona görə mən daha yaxşı oynamalıyam. Hamıdan daha çox can qoymalıyam. Bunu da edirəm. Yəqin ki, düzələr. Özüm də məyusam.
- Bəzi gəncəli fanatlar, eyni zamanda, veteranlarla söhbət elədik. Onlar daha çox futbolçulardan narazıdılar. Deyirlər ki, futbolçular oynamaq istəmirlər, meydanda gəzişirlər. Sən bu fikirlərlə razısanmı?
- Çatışmazlıqlarımız var, bu, məlum məsələdi. Hər şey yaxşı olsaydı, sonuncu yerdə getməzdik. Problemlər var, bunun da səbəbi futbolçulardı. Çünki meydanda oynayan bizik. Ən böyük günah biz futbolçulardadı. Fiziki cəhətdən hər şey qaydasındadı. Daha çox ustalıq çatışmır. Ələ düşən imkanlardan istifadə edə bilmirik.
- Oyundan sonra paltardəyişmə otağında Cavid Əhmədovla aranızda narazılıq olub. Orda nə baş vermişdi?
- Böyüdüləsi məsələ deyil. Sadəcə, məğlubiyyətdən doğan bir hadisə idi. Hamımız gərginik. İstəməzdik, stadionun təmirindən sonra çıxdığımız ilk oyunda azarkeşlər qarşısında uduzaq. Hamı qələbə qazanmaq istəyirdi. Məğlubiyyətə görə gərginlik var idi.
- Bildiyimizə görə, Cavid müəllim sənin çıxışına irad tutub. Sən də sərt şəkildə ona narazılığını bildirmisən...
- Yenə deyirəm, böyütmək lazım deyil. Xırda gərginlik idi. Oldu, keçdi. Mən tərəfdən nəsə səhv varsa, üzr istəyirəm.
Elnur SALAHOV
“Bəzi futbolçulara şans verməliyəm”
"Liverpul" 9 qolluq matçda qalib gəldi
Vinisius “Barselona” ilə oyunu buraxacaq
Elvinin matçı yarımçıq dayandırıldı
Flik ona istirahət verə bilər
Het-trikdən sonra aparıcı klubların hədəfinə tuş gəldi
Baş məşqçi ilə futbolçu arasında anlaşılmazlıq yarandı
“Bu, dünya futbolunda ən böyük hakimlik qalmaqalı ola bilər”
Arbeloa hakimi tənqid etdi, cəzalandırıldı
Fərid Namazovdan sonra “İmişli”də qərar verildi
Premyer Liqanın ən yaxşısı seçildi
“Arsenal” kütləvi ixtisarlar edə bilər
Superliqa klubunun yeni baş məşqçisi açıqlandı
Uğursuzluğa görə klub rəhbərliyini günahlandırdı
Keyn Messinin rekordunu qırdı
Azərbaycan güləşçisi dünya ikincisi oldu
"Milan" onunla yeni müqavilə imzalayır
Çexiya - Azərbaycan oyununun hakimləri açıqlandı
Okan Buruk “Barselona”ya məğlubiyyətdən danışdı
Diqqət! Azərbaycan derbisi gəlir...
ÇL-in oyunlarını yayımlayacaq kanallar
Arda Turandan Türkiyə millisi iddialarına cavab!
Mourinyo ilə jurnalist arasında maraqlı dialoq
"Sevincliyəm, qürurluyam, fəxr edirəm!" - Video
Azərbaycan klublarından avrokuboklarda yeni qələbə rekordu
PSJ "Mançester Siti"yə, "Fənərbaxça" "Aston Villa"ya qarşı
Güləşçimiz U-23 dünya çempionatında gümüş medal qazandı
Azərbaycan UEFA reytinqində irəlilədi
"Qalatasaray" - "Barselona" matçında vurulan qollar - Video
İlk ev oyunu, ilk qələbə - Video
"Sabah" ÇL-də neçəncidir?
"Qalatasaray" "Barselona"ya uduzdu, "Atletiko"dan qələbə
“Söz verirəm ki, daha yaxşı oynayacağıq” - Dambrauskas
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
“Qarabağ” “Sabah”ı təbrik etdi
Bravo, “Sabah”!
Azərbaycan millisi “Antalyaspor”a qalib gəldi
"Qalatasaray" - "Barselona" matçının heyətləri açıqlandı
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
Premyer Liqa klubları zərərlə işləyir
"Bu söhbətlərdən yorulmuşam"
“Real” La Liqanın oyun təqvimindən narazı qaldı
Azarkeşlər son anda qadağa ilə üzləşdi
"Sabah" - "Slaviya" matçının heyətləri açıqlandı
Danimarkanın tanınmış klubu satıla bilər