“Qarabağ” – “Atletiko”: bunları bilməlisiniz!
... Bu, hər iki komanda arasında ilk rəsmi oyundur. Amma 2013-cü ildə “Atletiko” Azərbaycanda “Bakı” komandası ilə yoldaşlıq görüşü keçirib və 3:0 hesabı ilə qalib gəlib.
... Hər iki komanda qrupda buna qədər keçirdiyi iki oyunun heç birində qələbə qazana bilməyib.
... “Atletiko” ÇL-də keçirdiyi son 10 oyunun yalnız 3-də səfərdə qələbə qazanıb. Ötən mövsüm ÇL-in qrupunda Madrid klubu 3 səfər oyununun 2-də rəqibi məğlub edə bilmişdi.
... “Qarabağ”ın yarımmüdafiəçisi Miçel 2011-ci ilin noyabrın 6-da “Hetafe”nin heyətində “Atletiko”ya 3:2 hesabı ilə qalib gəldiklərinin oyunun iştirakçısı olub. O, “Hetafe”nin heyətində keçirdiyi 60 oyunda cəmi 1 qol vurub. Özü də “Atletiko” ilə həmin görüşdə. 2013-cü ilin noyabrında isə Miçelin də iştirak etdiyi matçda “Hetafe” “Atletiko”ya 0:7 hesabı ilə ağır məğlubiyyətə uğrayıb (mənbə: UEFA).
2009-cu ildə isə Miçel “Sportinq”in (Xixon) heyətində “Visente Kalderon”dakı matçda “Atletiko”ya qarşı oynayıb (1:3).
... Miçel və “Atletiko”nun qapıçısı Anxel Moya 2011-14-cü illərdə “Hetafe”də birgə çıxış ediblər.
... “Qarabağ”ın başqa bir futbolçusu Dani Kintana da doğma İspaniyada müxtəlif klublarda çıxış etsə də, “Atletiko”ya qarşı oynamayıb.
... “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov soyuqanlı davranışları, “Atletiko”nun çalışdırıcısı Dieqo Simeone oyun zamanı çılğınlıqları ilə diqqət çəkir.
... “Atletiko” bu mövsüm La Liqada keçirdiyi 8 oyundan 16 xal toplayaraq turnir cədvəlində 4-cü yerdə qərarlaşıb.
... “Qarabağ” Topaz Premyer Liqada 7 oyundan 19 xalla 1-ci yerdədir.
... Hər iki komandanın əsas hücumçuları oyunu buraxa bilər. “Qarabağ”da Dino Ndlovu zədəli, “Atletiko”da Antuan Qrizmann xəstədir.
... Dünən axşama olan xəbərə görə, oyuna 40 min bilet satılıb. Matç başlanana qədər bu sayın 50 minə (bəlkə də daha çox) çatacağı gözlənilir.
... Maşını olan azarkeşlər oyunun başlamasına 3 saat qalmışdan başlayaraq stadionun ərazisində avtomobilllərini saxlaya bilərlər.
Məşqçilər nə deyir?
Dieqo Simeone: “İlk 2 oyun yaxşı alınmadı. İnanıram ki, sabah istədiyimiz nəticəni əldə edəcəyik. Bizim üçün ən vacib olan 3 xaldır. Bunun üçün nə dəyişiklik lazımdısa, edəcəyik. Bilirik ki, elə-belə rəqiblə oynamırıq. “Qarabağ”ın ispan futboluna yaxın oynadığını bilirəm. Amma hər oyuna fərqli üslubla çıxırlar. Təhlükəli futbolçuları var. Ona görə də çox diqqətli olmalıyıq”.
Qurban Qurbanov: “Atletiko” müdafiədə çox güclüdür. Bu baxımdan bir nömrədirlər. Onların əsas üslubu rəqibə öz futbolunu oyamağa imkan verməməkdir. Biz çalışacağıq öz oyunumuzu oynayaq. Xal qazanmağa çalışacağıq. Əlbəttə rəqib bizdən üstündür. Lakin biz də hər matçda yaxşı nəticə əldə etmək inamı ilə çıxırıq. “Atletiko” kimi komandalarla oynamaqdan zövq alıram”.
DÇ-2026: Günün oyunları
"Şamaxı"dan yeni transfer
İngiltərə - Konqo matçının ən yaxşısı seçildi
“Zirə”nin rəqibi superkuboku qazandı
İngiltərə millisi 60 il sonra tilsimi qırdı
Penalti qaçıran futbolçular təhqirlərə məruz qaldı
"Qarabağ" hər iki oyunda uduzdu - Yenilənib
"Zirə" Türkiyə klubuna qalib gəldi
Azərbaycan millisi Tacikistanı məğlub etdi
"Bavariya" mundialın ulduzunu transfer etdi
"Arsenal"dan getdi
İspaniya Superkubokunun vaxtı və yeri dəyişdirildi
"Marsel" yeni baş məşqçisini açıqladı
İngiltərə - Konqo: Heyətlər
“Qarabağ”ın “Ferensvaroş”la oyun üçün heyəti
Azərbaycan millisində çıxış etməsinə rəsmən icazə verildi
Bir işarəsi ilə bütün komandanı susdurdu! - Video
"Bura turist kimi gəlməmişik"
"Şəfa"dan ilk legioner transferi
Azərbaycan millisinin oyunu Gəncədə!
Türkiyə millisinin üzvü "Trabzonspor"da- Rəsmi
"Barselona" ilə müqaviləni uzatdı
Yamal: "DÇ-2026-nın qalibi olacağam"
Polis Almaniya Futbol İttifaqına basqın etdi
Kapitanla yola davam - Rəsmi
"Liverpul" müdafiəçi transfer etdi
MEDİA müsabiqələrin nəticələrini açıqlayıb
Elvin Cəfərquliyev start heyətdə
Lempardla müqavilə uzadıldı
“Kayzerslautern” Mahiri təbrik etdi - Şəkil
Zinçenko klubsuz qaldı
Özbəkistan millisi qəhrəman kimi qarşılandı - Şəkillər
İnfantino Trampa 10 bilet hədiyyə edib
“Qarabağ”ın Avroliqa oyunlarının hakimləri müəyyənləşdi
Deşam dünya çempionatlarının tarixinə düşdü
Mbappe Messi ilə bombardirlik yarışından danışdı
UEFA "Çelsi" və "Nyukasl"ı cərimələdi
"İnter"dən ayrıldı, "Panatinaikos"a keçdi
Bakıda İBA Çempionlar Gecəsi keçiriləcək
Fransanın böyükhesablı qələbəsi - Video
Meksika millisi 40 illik həsrətə son qoydu
Ronald Kuman istefa verdi
“Neftçi”nin 4 rəqibi