Milimizin baş məşqçisi Robert Prosineçki bu gün yığmadan ayrılacaq.
Qol.az-ın məlumatına görə, bu barədə xorvatiyalı mütəxəssisin "Kayserispor"da köməkçisi olduğu Alp Çağlar "Haber61"ə açıqlamasında deyib: "Bir dönəm Prosineçki ilə “Bursaspor” ilinə 1,5 milyon avro olmaqla 2 illik anlaşma əldə etmişdi. Ancaq Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) onu buraxmamışdı. Baş məşqçi istəsəydi, gedə bilərdi. Ancaq pis şəkildə ayrılmaq istəmədiyi üçün yığmadan getmədi. İndi isə müqaviləsinin müddəti bitir. Sabah (bu gün – red.) Bakıya gedəcək və millidən ayrılacaq. Yığmada çalışmaq istəmir, artıq işlərini düz-qoş edib, Azərbaycandan ayrılacaq”.
O bildirib ki, üç gün əvvəl İngiltərədə olan “Trabzonspor”un prezidenti Muharrem Usta Prosineçki üçün danışıqlara başlayıb: “Prezident İngiltərədə olan AFFA-nın səlahiyyətli nümayəndələrindən biri vasitəsilə məşqçi ilə əlaqə saxlamışdı. O, Prosineçkiyə “çərşənbə günü gəl, ertəsi gün məşqə çıx, həftəsonu da komandanı oyuna çıxar”, deyib. Baş məşqçi isə "heç vaxt tələsik iş görmərəm, üz-üzə görüşmək lazımdır. Bunlar telefonla danışılacaq məsələ deyil”, deyib və əsəbiləşib. Ardından bəzi menecerlər vasitəsilə də ona təklif göndəriblər”.
A. Çağlar "Trabzonspor"un ona zəng vurub, baş məşqçini razı salmağını istədiklərini söyləyib: "Mən də Prosineçki ilə əlaqə saxlayıb, yanlış anlaşma olduğunu dedim və onu razı saldım. O, mənə “bunlar peşəkar deyillər, həvəskar davranırlar. Telefonda pul söhbəti etməzlər. Vaxt versinlər, işlərimi həll edim, ətraflı şəkildə danışıq apararıq” dedi. Bu sözləri “Trabzonspor” rəhbərliyinə çatdırdım, onlar vaxt verəcəklərini bildirdilər. Oktyabrın 19-dək gözləyəcəklər. Bəzi “Trabzonspor” rəsmiləri “Prosineçki çox pul istədi, anlaşa bilmədik”, kimi açıqlamalar verirlər. Bu, doğru məlumat deyil, çünki pul məsələsi danışılmayıb".
A.Çağların sözlərinə görə, Prosineçkiyə bir çox millidən təklif gəlib: “Xorvatiya da daxil olmaqla, 5 millidən təklif alıb. Ancaq o, artıq yığma çalışdırmaq istəmir. “Kayserispor”dan pul almamış ayrılmışdı. Pulu problemə çevirən adam deyil. “Kayserispor”dan uğurlu olduğu vaxt niyə ayrıldığını söyləyim. 3 oyunçu transfer etmək istəmişdi. Amma Süleyman Hurma öz istədiklərini gətirdi, bəzilərini də göndərdi. Ardından toplanış yerini dəyişdi. Prosineçki iki dəfə istefa verdi. Bələdiyyə sədri araya girərək, onu fikrindən daşındırmışdı. Ancaq Hurmanın xasiyyəti dəyişmədiyi üçün komandadan ayrıldı. Ardından “Beşiktaş”a keçməyə çox yaxın olsa da, Ahmet Özen buna mane olmuşdu”.
A.Çağlar Prosineçkinin danışıqları menecerlər vasitəsilə aparmağı xoşlamığını bildirib: "O, rəsmilərlə üz-üzə görüşməyi sevir. Hazırda “Trabzonspor”u gözləyir. Ancaq klubun bəzi nümayəndələri gözlənilmədən fikir dəyişiblər. O da buna əsəbləşib”.
DÇ-2026: Günün oyunları
"Şamaxı"dan yeni transfer
İngiltərə - Konqo matçının ən yaxşısı seçildi
“Zirə”nin rəqibi superkuboku qazandı
İngiltərə millisi 60 il sonra tilsimi qırdı
Penalti qaçıran futbolçular təhqirlərə məruz qaldı
"Qarabağ" hər iki oyunda uduzdu - Yenilənib
"Zirə" Türkiyə klubuna qalib gəldi
Azərbaycan millisi Tacikistanı məğlub etdi
"Bavariya" mundialın ulduzunu transfer etdi
"Arsenal"dan getdi
İspaniya Superkubokunun vaxtı və yeri dəyişdirildi
"Marsel" yeni baş məşqçisini açıqladı
İngiltərə - Konqo: Heyətlər
“Qarabağ”ın “Ferensvaroş”la oyun üçün heyəti
Azərbaycan millisində çıxış etməsinə rəsmən icazə verildi
Bir işarəsi ilə bütün komandanı susdurdu! - Video
"Bura turist kimi gəlməmişik"
"Şəfa"dan ilk legioner transferi
Azərbaycan millisinin oyunu Gəncədə!
Türkiyə millisinin üzvü "Trabzonspor"da- Rəsmi
"Barselona" ilə müqaviləni uzatdı
Yamal: "DÇ-2026-nın qalibi olacağam"
Polis Almaniya Futbol İttifaqına basqın etdi
Kapitanla yola davam - Rəsmi
"Liverpul" müdafiəçi transfer etdi
MEDİA müsabiqələrin nəticələrini açıqlayıb
Elvin Cəfərquliyev start heyətdə
Lempardla müqavilə uzadıldı
“Kayzerslautern” Mahiri təbrik etdi - Şəkil
Zinçenko klubsuz qaldı
Özbəkistan millisi qəhrəman kimi qarşılandı - Şəkillər
İnfantino Trampa 10 bilet hədiyyə edib
“Qarabağ”ın Avroliqa oyunlarının hakimləri müəyyənləşdi
Deşam dünya çempionatlarının tarixinə düşdü
Mbappe Messi ilə bombardirlik yarışından danışdı
UEFA "Çelsi" və "Nyukasl"ı cərimələdi
"İnter"dən ayrıldı, "Panatinaikos"a keçdi
Bakıda İBA Çempionlar Gecəsi keçiriləcək
Fransanın böyükhesablı qələbəsi - Video
Meksika millisi 40 illik həsrətə son qoydu
Ronald Kuman istefa verdi
“Neftçi”nin 4 rəqibi