"Zirə"nin futbolçusu Təmkin Xəlilzadə Topaz Premyer Liqanın 8-ci turunda 2 qol vurduğu "Kəpəz"lə oyundan (3:0) sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə matç barədə fikirlərini bildirib.
Hər oyuna qələbə qazanmaq üçün çıxırıq. Oyundan-oyuna komandama daha çox kömək etmək istəyirəm. Hər oyunun başqa əhəmiyyəti var. Komandanın uğuru üçün əlimdən gədəni edirəm. Allah istədi, iki qol vurdum. Şükürlər olsun, hər şey yaxşı alındı.
- Düşünmürsənmi ki, hər şey Almaniya ilə oyundan sonra başladı. Həmin görüşdən sonra sanki yeni bir Təmkin meydana gəldi: daha inamlı, daha cəsur...
- Hardasa sizə haqq qazandırıram. Almaniya ən güclü yığmalardandır. Onlara qarşı 50 min azarkeş qarşısında oynamaq qürurvericidir. Yaxşı təcrübədir. Amma bizim çempionatın da öz yeri var. Çünki dəfələrlə olub ki, əcnəbilər gəliblər, bizim çempionatdan baş çıxara bilməyib və gediblər öz ölkələrinə. Burda da oynamaq çətindir. Amma Almaniyaya qarşı meydana çıxmağımın da bugünkü oyunuma təsiri oldu.
- İndi azarkeşləri bir məsələ narahat edir ki, Təmkin də digər azərbaycanlı futbolçular kimi dəyişəcək, “ulduz xəstəliyi”nə tutulacaq...
- Mən sizin vasitənizlə aarkeşlərimizə söz verirəm ki, qətiyyən belə bir şey olmayacaq. Belə bir məsəl var: ağac bar verəndə başını aşağı əyər. Narahat olmasınlar.
- Fasilədə çətinliklə meydanı tərk etdin. Biz səni zədəli bilirdik, amma sən çıxdın qol vurdun...
- Hə, hissənin axırına yaxın cərimə zərbəsindən sonra yerə pis düşdüm. Belimdə ağrı yarandı. Amma həkim ağrıkəsici vurandan sonra hər şey keçdi.
- Oyun ərzində Ayxan Abasovun səsi gəlirdi. Daim futbolçulara qışqırırdı. Nədən narazı idi?
- Baş məşqçimiz komandanı ayıltmağa çalışırdı. Oyuna yaxşı başlamadıq. Bizim üçün bu oyunun əhəmiyyəti çox böyük idi. Hər oyun bizim üçün vacibdir. Evdə oynayırdıq, həm də rəqiblərimiz Qəbələdə üz-üzə gəlirdi. Qələbə qazanmaq istəyirdik. Ona görə baş məşqçimiz komandanı ayıltmağa çalışırdı. Onun tapşırıqlarından sonra tam başqa futbol oynadıq.
- Artıq aktivində 4 qol var. Mahir Mədətovdan 1 top geri qalırsan. Bombardir olmaq kimi bir hədəfin varmı? Bu, sənə nə dərəcədə stimul verir?
- Bombardir olmağı hər bir futbolçu istəyər. Gözəl hissdir. Amma qarşıma belə bir məqsəd qoymamışam. Düzdür, çalışıram. Hər bir hədəfə çatmaq böyük uğurdur. Amma mənim üçün ən əsası komandanın uğurudur. Sonra özüm haqda fikirləşə bilərəm.
- Ümumiyyətlə, bu mövsüm üçün başlıca hədəfiniz nədir?
- Desəm ki, çempionluğa oynayırıq, doğru çıxmaz. Qarşımıza konkret məqsəd də qoyulmayıb. Yaxşı kollektivimiz var. Hər oyuna uduzmamaq üçün çıxırıq. Uda bilməyəndə, uduzmamağa çalışırıq. Hər oyuna ən azı bir xal üçün vuruşmağa çıxırıq. Allah da bizim əziyyətimizi yerdə qoymur. Çempionatın sonunda bütün suallara aydınlıq gələcək.
- Mövzunu dəyişək. Bu gün Robert Prosineçkinin milli komandadakı taleyi müzakirə olunur. Sən necə düşünürsən, baş məşqçi getməlidir, yoxsa qalsa, daha yaxşı olar?
- Bu suala qəti cavab vermək mənim işim deyil. Prosineçki millimiz üçün az iş görmədi. Onun dövründə komandamız yaxşı nəticələr əldə etdi, yaxşı oyun sərgilədi. Fikrimcə, qalsa, daha yaxşı olar. Amma yenə deyirəm, bu böyüklərimizin, AFFA-nın işidir.
- Bəs millidəki yerini necə görürsən? Demək olarmı ki, sol cinah artıq Təmkinə məxsusdur?
- Yox, tələsmək istəmirəm. Belə bir deyiliş yoxdur. Ora düşmüşəmsə, hər şey özümdən asılıdır. Əvvəl bir məşq edirdimsə, indi beş etməliyəm. Əsas ora düşmək deyil, möhkəmlənməkdir.
- Millidə sənə sol cinah müdafiəçisi kimi baxırlar. Amma məncə, sənə hücumda daha rahatdır. Bu amil sənin üçün narahatlıq yaratmır?
- Məşqçimiz hara qoysa, orda da oynayacam.
-Özünün sevdiyin mövqe haradır?
- Mənim üçün yarımmüdafiədə oynamaq daha əlverişlidir. Çünki topla oynamağı xoşlayıram. Amma məşqçimiz desə ki, “qapıda dur”, duracam. Bu, mənim borcumdur.
"Sevilya"nın yeni baş məşqçisi bəlli oldu
"Real"ın tibbi heyətindən kobud səhv
Yeniyetmələrdən elit liqaya qədər korrupsiya qalmaqalı
Hakimi "Real"a keçir?
Zədələrə rəğmən "Bayer" ona güvənir
Yamal İspaniya millisinin məşqini buraxdı
Zədə səbəbindən millinin düşərgəsini tərk etdi
ABŞ klubundan Nərimanla bağlı yeni paylaşım - Video
Türkiyə yeni mövsüm avrokuboklarda necə təmsil olunacaq?
Qrizmannın MLS-də oynayacağı rəsmiləşdi
"Atletiko"dan "Arsenal"a keçə bilər
Modriçə sabiq klubundan təklif var
Tudorun “Tottenhem”dən ayrıldığı bildirilir
Depay 1 ay oynamayacaq
"Tottenhem"də baş məşqçi vəzifəsinə iki namizəd
Mbappe bu xəbəri yalan adlandırdı
4 min dollara bilet olar? - FİFA-dan şikayət edildi
Muslera yenidən Uruqvay millisində
Fransa millisindən kənarlaşdırıldı
"Apreldəki oyunlar üçün yekun heyəti müəyyənləşdirməliyik"
Vaqner Lav 41 yaşında karyerasını başa vurdu
Azərbaycan millisi apreldə daha iki oyun keçirəcək
“Qarabağ” Sinenkonu transfer edir? - Menecerdən açıqlama
Messi “Qızıl top”u akademiyaya apardı - Video
Tanınmış futbolçu karyerasını başa vurdu
Milliyə çağırılmadı, saatlarla qumar oynadı
Qrizmanın yeni klubundakı qazancı bilindi
“Yuventus”un müdafiəçisi “Barselona”nın hədəfində
Fransa millisində Deşamı Zidanın əvəzləyəcəyi dəqiqləşdi
Matçları qanunsuz izləyənlər cərimələnəcək
Uğursuz çıxış etdi, baş məşqçidən xəbərdarlıq aldı
"Qızıl top" namizədləri: Yamal, Keyn...
PSJ-nin oyunu təxirə salınır?
"Keçmişdəki uğursuzluqları düşünməyə ehtiyac yoxdur"
"Borussiya" idman direktorunu göndərdi
İngiltərədə Superkubok matçının yeri dəyişdirildi
Flik ayın məşqçisi seçildi
Ben Uayt İngiltərə millisində
Osimhen əməliyyat olundu
"Marsel" klubu prezidenti ilə yollarını ayırdı
Qvardiola qələbəni qızı ilə qeyd etdi - Video