“Kəpəz”in kapitanı Şəhriyar Rəhimov Topaz Premyer Liqanın 8-ci turunda “Zirə”yə 0:3 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
- Məğlubiyyətin səbəbləri çoxdur. “Zirə” yaxşı komplektləşmiş komandadır. İkinci pillədə gedirlər. İlk dövrədəki ssenari yenə təkrarlandı. Bu gün birinci hissədə pis oynamadıq. Qapanıb rəqibi əks-hücumda tutmağa çalışdıq. 1-2 qol epizodu yaratsaq da, istifadə edə bilmədik. İkinci hissənin əvvəlində erkən qol buraxdıq. Bundan sonra qabağa atıldıq ki, vəziyyəti düzəldək. “Zirə” Yevlaxdakı oyunda olduğu kimi, bu gün də bizim eyni səhvlərimizdən istifadə edib, iki əks-hücumla hesabı artırdılar. Birinci hissəyə baxanda deyə bilərəm ki, 3:0-lıq oyun deyildi. Təəssüf ki belə alındı.
-Təmkinin qarşısını almaq bu qədərmi çətin idi? Artıq “Kəpəz”ə 4 qol vurub...
- Açığı, 13-14 top buraxmışıq. Bunun 6-nı “Zirə” vurub. Yaxşı nəticə deyil. Təmkin millinin üzvüdür. Hazırda da yaxşı formadadır. Reallığı qəbul etmək lazımdır. O da çalışır ki, yaxşı oyun göstərsin, komandasına kömək etsin. Yenə deyirəm, birinci hissədə bacardığımız qədər qapandıq. Amma ikinci yarıda komanda “açıldı”. Onlar da bundan maksimum yararlanıb, əks-hücumlarda qollar vurdular.
- Əvvəlki turda səfərdə sensasiyalı şəkildə “Qəbələ”ni məğlub etdiniz. Belə çıxır ki, həmin nəticə sizin xeyirinizə olmadı...
- Yox. Bu gün udsaydıq, onda da başqa cür deyəcəkdilər. Oyuna normal hazırlaşmışdıq. İlk hissədə 1 qol vura bilsəydik, hər şey fərqli olardı. Yenə deyirəm, ikinci hissədə komanda “açıldı”. Nəticədə də böyükhesabla məğlub olduq.
- Adətən 1 qələbənin ardı gəlməyəndə, deyirlər ki, təsadüfi idi...
- Biz də bilirik. Çalışırdıq ki, vəziyyəti düzəldək. Qəbələdə də birinci qolu vurub qapandıq. Sonra əks-hücumda 2-cini vurduq. Yenə də bunu eləmək istədik. Sadəcə, bir qol çatmadı.
- Gələn tur uzun fasilədən sonra Gəncəyə qayıdacaqsınız. Bu, “Kəpəz”in özünə gəlməsi üçün yeni mərhələ ola bilərmi?
- Bəhanə gətirən insan deyiləm. Heç vaxt demərəm ki, filan şeyə görə uduzduq. Reallığı qəbul etmək lazımdır. Gəncədə azarkeşlər bizə çox dəstək olur. Özünüz də görürdünüz ki, keçən il 10 min azarkeşin qarşısında oynayırdıq. Açığı, azarkeşlərin önünə məğlubiyyətlə çıxmaq istəmirdik. Ən azı bərabərliklə ayrılsaydıq, lap əla olardı. Həm xal ehtiyatımızı yaxşılaşdırardıq, həm də bizim üçün yaxşı stimul olardı. Təəssüf ki, alınmadı. Başqa yolumuz yoxdu. Çalışacağıq ki, evdə azarkeşlərimizi sevindirək və vəziyyəti düzəldək.
"Şamaxı"dan yeni transfer
İngiltərə - Konqo matçının ən yaxşısı seçildi
“Zirə”nin rəqibi superkuboku qazandı
İngiltərə millisi 60 il sonra tilsimi qırdı
Penalti qaçıran futbolçular təhqirlərə məruz qaldı
"Qarabağ" hər iki oyunda uduzdu - Yenilənib
"Zirə" Türkiyə klubuna qalib gəldi
Azərbaycan millisi Tacikistanı məğlub etdi
"Bavariya" mundialın ulduzunu transfer etdi
"Arsenal"dan getdi
İspaniya Superkubokunun vaxtı və yeri dəyişdirildi
"Marsel" yeni baş məşqçisini açıqladı
İngiltərə - Konqo: Heyətlər
“Qarabağ”ın “Ferensvaroş”la oyun üçün heyəti
Azərbaycan millisində çıxış etməsinə rəsmən icazə verildi
Bir işarəsi ilə bütün komandanı susdurdu! - Video
"Bura turist kimi gəlməmişik"
"Şəfa"dan ilk legioner transferi
Azərbaycan millisinin oyunu Gəncədə!
Türkiyə millisinin üzvü "Trabzonspor"da- Rəsmi
"Barselona" ilə müqaviləni uzatdı
Yamal: "DÇ-2026-nın qalibi olacağam"
Polis Almaniya Futbol İttifaqına basqın etdi
Kapitanla yola davam - Rəsmi
"Liverpul" müdafiəçi transfer etdi
MEDİA müsabiqələrin nəticələrini açıqlayıb
Elvin Cəfərquliyev start heyətdə
Lempardla müqavilə uzadıldı
“Kayzerslautern” Mahiri təbrik etdi - Şəkil
Zinçenko klubsuz qaldı
Özbəkistan millisi qəhrəman kimi qarşılandı - Şəkillər
İnfantino Trampa 10 bilet hədiyyə edib
“Qarabağ”ın Avroliqa oyunlarının hakimləri müəyyənləşdi
Deşam dünya çempionatlarının tarixinə düşdü
Mbappe Messi ilə bombardirlik yarışından danışdı
UEFA "Çelsi" və "Nyukasl"ı cərimələdi
"İnter"dən ayrıldı, "Panatinaikos"a keçdi
Bakıda İBA Çempionlar Gecəsi keçiriləcək
Fransanın böyükhesablı qələbəsi - Video