Almaniyanın Hamburq şəhərində kişi boksçular arasında dünya çempionatı davam edir.
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən Qol.az-a verilən xəbərə görə, mundialın 3-cü günündə millimizin 2 üzvü mübarizəyə qoşulub.
75 kq çəki dərəcəsində rinqə çıxan Kamran Şahsuvarlı 1/8 finalda keçirilən döyüşdə Maks Van der Pasla (Hollandiya) üz-üzə gəlib. Gərgin keçən görüş Olimpiya mükafatçımızın qələbəsi ilə başa çatıb. Şahsuvarlı rəqibini 3:2 (28:29, 29:28, 30:37, 30:27, 29:28) hesabı ilə məğlub edib.
O, 1/4 finalda kolumbiyalı Xorxe Vivas Palasiosla qüvvəsini sınayacaq. Döyüş avqustun 29-da baş tutacaq.
Şahsuvarlıdan fərqli olaraq, Lorenzo Sotomayorun debütü uğurlu alınmayıb. 64 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz 1/8 final səddini keçə bilməyib. O, çətin keçən görüşdə misirli Eslam Muhamedə 2:3 (28:29, 28:29, 30:27, 27:30, 30:27) hesabı ilə məğlub olub.
300-cü qələbə
200-ə çatdı
2-ci liqada 2 oyun
“Bavariya” onu göndərmək niyyətində deyil
Toralın klubu məğlub oldu
Bundesliqada 5-ci tura yekun vuruldu
“Ustalıq səviyyəmiz hələ kifayət etmir” - Zaur Həşimov
"Turan Tovuz" "Şəfa"nı belə məğlub etdi - Video
“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev
"Qarabağ" və "Turan Tovuz"dan qələbə
2-ci liqada 6 oyunun hakimləri bilindi
“Hall Siti” 4 qollu matçda qalib gələ bilmədi
"Qarabağ"ın qələbəsindən - Video
“Bizim üçün çox vacib qələbə oldu” - Qurban Qurbanov
“Bu epizod, şübhəsiz ki, oyunu korladı”
“Mançester Siti”yə qarşı istehzalı banner
"Şəfa" - "Turan Tovuz": Heyətlər açıqlandı
Baş hakim zədələndi, oyunu tərk etdi
Azərbaycan boksçusu Avropa çempionu oldu