Regional Futbol Federasiyasının prezidenti, veteran futbolçu İsgəndər Cavadov müsahibəsində Azərbaycan çempionu “Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində Danimarka “Kopenhagen”inə qarşı keçirəcəyi cavab oyunundan danışıb.
- “Qarabağ” bu gün Azərbaycan futbolu üçün ən önəmli oyuna çıxacaq. İlk görüşdən sonra şansları necə qiymətləndirirsiniz?
- Şanslar bərabərdir. “Qarabağ” ilk oyunda çox gözəl mübarizə sərgilədi. Layiqli oyunla qələbə qazandı. Amma futbolda 1:0 hesablı qələbələr böyük üstünlük sayılmır. İki qol vursaydıq, səfərə daha rahat yollanmaq olardı. “Qarabağ”a və Qurban Qurbanova inam böyükdü. Bununla belə oyunun çətin olacağını unutmayaq. “Kopenhagen” səfərdə tamam fərqli oyun göstərəcək.
- Əksəriyyət Danimarka çempionuna evdə qalib gəlməyin çətin olduğunu düşünür. Bəlkə “Qarabağ” da cavab oyununda fərqli oynasın...
- Bizə sərfəli nəticə lazımdı. Heç-heçə ölkə çempionunu qrup mərhələsinə çıxaracaq. Buna görə biz nəticəyə oynamalıyıq. “Qarabağ” təcrübəli heyətə və məşqçiyə sahibdi. Qurban Qurbanov son illər əldə etdiyi uğurlarla özünü sübut edib. O komandanı çətin oyunlara hazırlamağı bacarır.
- Bakıdakı matçda “Kopenhagen” sanki ehtiyatlı davranırdı. Bu fikirlə razısız?
- Onlar “Qarabağ”dan belə oyun gözləmirdilər. "Qarabağ"ın müdafiəyə çəkiləcəyini düşünürdülər. Belə təzyiqə və oyuna hazır deyildilər. İlk matçda futbolçularımız çox yaxşı oynadılar. Hiss olunurdu ki, Qurban Qurbanov rəqibi yaxşı təhlil edib. Səfər matçında ilk hissədə qapımızdan qol buraxmasaq, oyuna nəzarət etmək mümkündü.
- “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə düşməsi ölkə futbolu üçün nə deməkdi?
- Çempionlar Liqasının qrup mərhələsi Azərbaycan klublarının əsas hədəfi olub. Ölkə futbolunda böyük pulların olduğu zaman bu məqsədə çatmaq mümkün görünürdü. Təəssüf ki, bəzi klublarımız işi düzgün qurmadı. İnkişaf strategiyası hazırlanmadı. Bahalı legionerlər gətirməklə qısa zamanda uğur qazanmağa çalışdılar. Bu mənada “Qarabağ” fərqlənir. Rəhbərlik gələcəyin komandasını formalaşdırmağı bacardı. Çempionlar Liqasının qrupunda oynamaq ölkə idmanının təbliğatı, futbolumuzun yeni mərhələyə çıxması demək olacaq. Bu qələbə futbolla yanaşı ümumi idmanımıza da çox lazımdır.
- “Qarabağ”ın hücum xəttində problemlərin olduğu söylənilir. Sizin fikrinizcə, Reynaldonun yeri görünür?
- Qurban Qurbanov stabil heyət formalaşdırıb. Bu gün komandanı tərk edən futbolçunun yeri görünmür. Çünki təcrübəli məşqçi öz işini bacarır. Ümumiyyətlə, Qurbanov üzərində daim çalışmağıyla seçilir. Onu son illərin ən yaxşı məşqçisi hesab edirəm. Çətin zamanda rəhbərlik ona dəstək oldu və Qurban ümidləri doğrultdu. “Qarabağ”ın uğurlarını gördüyümüz zaman digər klubların vəziyyəti qənaətbəxş deyil. Biz əvvəlki maliyyə ilə çoxdan qrup mərhələsinə adlamalıydıq. Əvəzində “Xəzər Lənkəran”, “Bakı”, “Simurq” kimi komandalar fəaliyyətini dayandırdı.
- “Kopenhagen”in oyun üslubunda xüsusilə nəyi qeyd edərdiniz...
- Müdafiədən hücuma sürətli keçidləri var. Bu, rəqiblərə problem yaradır. Ölkə çempionatında son oyunlarda qələbə qazanmağa çətinlik çəkirlər. Çünki bütün diqqətləri Çempionlar Liqasına yönəlib. “Kopenhagen” də “Qarabağ” kimi qrupda oynamaq üçün çalışır. Çempionlar Liqasının qrupunda çıxış etmək Avropa futbol ailəsinin üzvü olmaq deməkdir. Azərbaycan çempionuna uğur arzulayıram. Fikrimcə, indi hamı “Qarabağ”dan sərfəli nəticə gözləyir. Cavab görüşündə bizə baxımlı oyun deyil, nəticə lazımdır.
Mənbə: dsport.az
300-cü qələbə
200-ə çatdı
2-ci liqada 2 oyun
“Bavariya” onu göndərmək niyyətində deyil
Toralın klubu məğlub oldu
Bundesliqada 5-ci tura yekun vuruldu
“Ustalıq səviyyəmiz hələ kifayət etmir” - Zaur Həşimov
"Turan Tovuz" "Şəfa"nı belə məğlub etdi - Video
“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev
"Qarabağ" və "Turan Tovuz"dan qələbə
2-ci liqada 6 oyunun hakimləri bilindi
“Hall Siti” 4 qollu matçda qalib gələ bilmədi
"Qarabağ"ın qələbəsindən - Video
“Bizim üçün çox vacib qələbə oldu” - Qurban Qurbanov
“Bu epizod, şübhəsiz ki, oyunu korladı”
“Mançester Siti”yə qarşı istehzalı banner
"Şəfa" - "Turan Tovuz": Heyətlər açıqlandı
Baş hakim zədələndi, oyunu tərk etdi
Azərbaycan boksçusu Avropa çempionu oldu
Haaland azarkeşlərə müraciət etdi
"İmişli" - "Qarabağ": Heyətlər açıqlandı
"Qalatasaray" - "Barselona" matçını o idarə edəcək
“Real”ın düşərgəsində gərginlik artır
"Sabah" - "Slaviya" oyununun hakimləri açıqlandı
Mourinyo mətbuat konfransına niyə qatılmayıb?