Danimarka Futbol İttifaqının İntizam Komitəsi "Kopenhagen"i cəzalandırıb.
Qol.az-ın qurumun saytına istinadən yaydığ xəbərə görə, buna paytaxt təmsilçisi azarkeşlərinin Danimarka Superliqasının 5-ci turunda "Brondbü" ilə səfər oyunu zamanı törətdikləri iğtişaşlar səbəb olub.
"Bröndbü"nün qələbə qolundan sonra onlar mühafizəçilər və polislərlə dalaşıblar. Fanatlar meydana, eləcə də mühafizəçi və polislərə pirotexniki maddələr, yad əşyalar atıblar. Nəticədə baş hakim Anders Poulsen görüşü 18 dəqiqə dayandırıb.
İntizam Komitəsi "Kopenhagen"in növbəti və "Brondbü" ilə ev oyununu azarkeşsiz keçirməsinə dair qərar verib. Mövsümün sonunadək analoji hallar təkrarlansa, klub daha bir ev oyununa azarkeş dəstəyi olmadan keçirəcək. Bundan başqa kluba 150 min kron cərimə kəsilib.
Qeyd edək ki, "Bröndbü" - "Kopenhagen" görüşü meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, "Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi "Kopenhagen"dir. Bu komandalar arasında ilk matçda Ağdam klubu 1:0 hesabı ilə qalib gəlib. Cavab görüşü isə sabah Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
300-cü qələbə
200-ə çatdı
2-ci liqada 2 oyun
“Bavariya” onu göndərmək niyyətində deyil
Toralın klubu məğlub oldu
Bundesliqada 5-ci tura yekun vuruldu
“Ustalıq səviyyəmiz hələ kifayət etmir” - Zaur Həşimov
"Turan Tovuz" "Şəfa"nı belə məğlub etdi - Video
“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev
"Qarabağ" və "Turan Tovuz"dan qələbə
2-ci liqada 6 oyunun hakimləri bilindi
“Hall Siti” 4 qollu matçda qalib gələ bilmədi
"Qarabağ"ın qələbəsindən - Video
“Bizim üçün çox vacib qələbə oldu” - Qurban Qurbanov
“Bu epizod, şübhəsiz ki, oyunu korladı”
“Mançester Siti”yə qarşı istehzalı banner
"Şəfa" - "Turan Tovuz": Heyətlər açıqlandı
Baş hakim zədələndi, oyunu tərk etdi
Azərbaycan boksçusu Avropa çempionu oldu
Haaland azarkeşlərə müraciət etdi
"İmişli" - "Qarabağ": Heyətlər açıqlandı
"Qalatasaray" - "Barselona" matçını o idarə edəcək
“Real”ın düşərgəsində gərginlik artır
"Sabah" - "Slaviya" oyununun hakimləri açıqlandı
Mourinyo mətbuat konfransına niyə qatılmayıb?
Azərbaycan millisi 1/8 finalda Yaponiyaya uduzdu - Yenilənib
1000 addımlıq marafon: Ağdamdan Yevlaxa qədər
"Barselona" dayanmır - Video