"Qarabağ"ın futbolçusu Dani Kintana uzun müddətdən sonra yaşıl meydanlara qayıdıb.
Qol.az-ın məlumatına görə, ispan yarımmüdafiəçi 6 aydan sonra Topaz Premyer Liqanın birinci turunda "Neftçi"yə qarşı matçda (3:1) oynayıb. Görüşün 75-ci dəqiqəsində Qara Qarayevin əvəzinə meydana daxil olan D.Kintananın qayıdışı uğursuz alınıb. O, 88-ci dəqiqədə ayağından zədə alaraq meydanı erkən tərk edib. "Qarabağ" hər 3 əvəzetmədən istifadə etdiyi üçün 10 nəfərlə oyunu davam etdirib.
Qeyd edək ki, D.Kintana bundan əvvəl fevralda AZAL-a qarşı matçda diz bağları qırılmışdı. O, indiyə kimi yaşıl meydanlardan uzaq qalmışdı.
Mbappe zədəsini sağaltdı
Belhanda klubunu dəyişdi
"Bavariya"da ciddi itki
Tunis millisi yeni baş məşqçisini açıqladı
“Mançester Yunayted” qışı transfersiz başa vuracaq?
Afrika Kubokunda gərgin anlar: Salah hər kəsi qəzəbləndirdi
"Liverpul" onun üçün sərvət ödəməyə hazırdır
Superliqa klubu 2 futbolçusunu göndərdi
FİFA Azərbaycan futbolunu bütün dünyaya yayımlayacaq
"Qarabağ"ın rəqibi təcili oyunçu axtarır
DÇ-2026-nı hər kəs izləyə bilməyəcək - ABŞ-dan şok qərar