Hazırda Türkiyəni təmsil edən əslən azərbaycanlı atlet Ramil Quliyev Böyük Britaniyanın paytaxtı Londonda start götürən dünya çempionatı ərəfəsində "Hürriyet" qəzetinin suallarını cavablandırıb.
- Türkiyədəki həyat tərzinə tez uyğunlaşa bildinmi?
- Mən azərbaycanlı olduğumdan, özümü əcnəbi kimi hiss etməmişəm. Dilimiz eyni, doğulub boya-başa çatdığım Bakı da İstanbul kimi böyük şəhərdir. Buraya çox asanlıqla alışdım.
- Vətəndaşlığını dəyişən idmançılarla bağlı hansı fikirdəsən?
- Türkiyədə atletikaya böyük dəstək var. Məncə, əcnəbi idmançı Türkiyə adından yarışacaqsa, türkcə öyrənməli, burada yaşamalı, bu mədəniyyəti əxz etməlidir. Əcnəbi gəlib sadəcə, yarışıb gedirsə, o, bir az reklama işləyir və qərib sayılır. Lakin istənilən halda, bu da ölkə üçün yaxşı haldır.
- Londonda start götürən dünya çempionatında hədəfin nədir?
- Burada yalnız 200 metr məsafəyə qaçacağam. Ölkəmə medalla qayıtmaq üçün hər şey edəcəyəm.
- Atletikadan əlavə, maraqlandığın idman növü var?
- Hazırda vaxt heç olmur. Çünki həddən artıq məşq edirəm. Məşqçimlə oturub yarışlarımı təkrar-təkrar izləyir, məşqlərin analizini aparırıq. Ötən ay 100 metr məsafəni 9.97 saniyəyə qaçdım. Bununla 9.95 arasında cəmi 0,02 saniyə fərq var. Amma o 0,02 saniyəni 2 aylıq məşqlə endirmək olar. Tutaq ki, ayağını 2 dərəcə sola atsan, o belə çox böyük fərqə yol açır. Addımı fərqli atmaq üçün 2 ay çalışırsan. Məsafəni 10,42 saniyəyə qaçsan, çox böyük fərq olmayacaq. Amma 9.97 və 9.95-lə bəlkə də dünya çempionluğu və 8-ci yer qədər fərq yarana bilər.
- Dopinqə münasibətin necədir?
- İdmanda dopinq hər zaman olacaq. Bəziləri "Bu həbdən yararlansam, 0,1 saniyə fərq ata bilərəm" deyir, risk edirlər. Mən belə şey etmərəm. Bir həyatım var, etsəm, onu itirərəm. İdmanda dopinq, rüşvət kimi çox fərqli şeylər olur. İdmana siyasət qarışır. Dopinq problemli məsələdir.
- Useyn Boltla tanışlığınız var?
- Boltla ilk dəfə 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında qarşılaşmışdım. O vaxtlar çox da böyük idmançı deyildi. Yarışlarda məni görən kimi salam verir. Çox təvazökar insandır. Rok ulduzu kimidir. Bəzi idmançılar var ki, kiçik bir nəticə göstərən kimi dərhal dəyişirlər. Sən isə onun yanında özünü pis hiss edirsən. Amma Bolt elələrindən deyil. Əksinə çox yaxşı insandır. Düzdür, Bolt "Londondakı dünya çempionatından sonra karyeramı bitirəcəyəm" deyib. Amma məncə, dönəcək.
- "Fənərbaxça" klubunun yaratdığı şəraitdən məmnunsunuz?
- Mənə çox böyük dəstək verirlər. İlk növbədə klub prezidenti Əziz Yıldırımı qeyd edərdim. Bu klub olmasaydı, bəlkə də Türkiyəyə gəlməyəcəkdim. Karyeramın, əldə etdiyim nəticələrin səbəbi klubumdur. "Fənərbağça" olmasaydı, bəlkə də atletika ilə çoxdan vidalaşmışdım.
“Bavariya” onu göndərmək niyyətində deyil
Toralın klubu məğlub oldu
Bundesliqada 5-ci tura yekun vuruldu
“Ustalıq səviyyəmiz hələ kifayət etmir” - Zaur Həşimov
"Turan Tovuz" "Şəfa"nı belə məğlub etdi - Video
“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev
"Qarabağ" və "Turan Tovuz"dan qələbə
2-ci liqada 6 oyunun hakimləri bilindi
“Hall Siti” 4 qollu matçda qalib gələ bilmədi
"Qarabağ"ın qələbəsindən - Video
“Bizim üçün çox vacib qələbə oldu” - Qurban Qurbanov
“Bu epizod, şübhəsiz ki, oyunu korladı”
“Mançester Siti”yə qarşı istehzalı banner
"Şəfa" - "Turan Tovuz": Heyətlər açıqlandı
Baş hakim zədələndi, oyunu tərk etdi
Azərbaycan boksçusu Avropa çempionu oldu
Haaland azarkeşlərə müraciət etdi
"İmişli" - "Qarabağ": Heyətlər açıqlandı
"Qalatasaray" - "Barselona" matçını o idarə edəcək
“Real”ın düşərgəsində gərginlik artır
"Sabah" - "Slaviya" oyununun hakimləri açıqlandı
Mourinyo mətbuat konfransına niyə qatılmayıb?
Azərbaycan millisi 1/8 finalda Yaponiyaya uduzdu - Yenilənib
1000 addımlıq marafon: Ağdamdan Yevlaxa qədər
"Barselona" dayanmır - Video
Messi və Suares dubl etdi, uğursuz seriya bitdi
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Real" və "Barselona"dan qələbə
Sumqayıtda vurulan 5 qol - Video
Filipe Kandido: “Qələbəni tam haqq etdik”
“Qəbələ”yə şikayət etməyə, ağlamağa gəlməmişəm”
“Sumqayıt”dan mövsümün ilk qələbəsi, Zirədə “sülh”
“Zirə” - “Şamaxı” oyunundan - Video
Rəşad Sadıqov zədə çoxluğundan şikayətlənir
“Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil”
La Liqanın oyunu yarımçıq dayandırıldı
“Sumqayıt” - “Qəbələ” matçının heyətləri
Noyerin kobud səhvi Bundesliqada tarixi qolla nəticələndi
Ronaldo millidən kənarlaşdırıldı - Rəsmi
“Mançester Siti” satılacaq?
"Zirə" - "Şamaxı": Heyətlər
“Tottenhem” İspaniyada təlim-məşq toplanışı keçirəcək