"Kopenhagen" derbidə uduzdu

"Kopenhagen" derbidə uduzdu
GÜNDƏM 6 Avqust 2017 / 22:27 10330
-  A +

Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Kopenhagen” bu gün ölkə çempionatında növbəti oyuna çıxıb.

Qol.az xəbər verir ki, paytaxt təmsilçisi 4-cü turda rəqib meydanında “Brondbü” ilə qarşılaşıb. Derbidə "Kopenhagen" 0:1 hesabı ilə uduzub.

"Brondbü" - "Kopenhagen" - 1:0
Qol:
Tibbling, 90

Qeyd edək ki, 4 oyundan 5 xalı olan “Kopenhagen” 8-ci, 9 xala malik “Brondbü” 2-ci yeri tutur.

Xatırladaq ki, “Brondbü” “Qarabağ”a tanış rəqibdir. Bu il iyulun 2-də bu komandalar Avstriyada yoxlama oyununda qarşılaşıb . Görüşdə danimarkalılar 5:1 hesabı ilə qələbə qazanıblar.

Daha çox


Son xəbərlər
20.07.25  13:57

"Real" onu göndərir

20.07.25  11:39

"Roma"dan yeni transfer

19.07.25  18:25

"Real"da qalır