"Panatinaikos" bizdən güclü idi" - "Qəbələ"nin legioneri

"Panatinaikos" bizdən güclü idi" -  "Qəbələ"nin legioneri
GÜNDƏM 4 Avqust 2017 / 01:54 3460
-  A +

"Qəbələ"nin futbolçusu Deyvi Bultyuz Avropa Liqasının 3-cü təsnifat mərhələsinin "Panatinaikos"la cavab görüşündə (1:2) sonra Qol.az-ın müxbirinin də iştirak etdiyi birifinqdə jurnalistlərin suallarını cavablandırıb.

- Oyun çətin keçdi. 60 dəqiqə ərzində qapımızı toxunulmaz saxladıq və rəqibi 1 dəfə cəzalandırdıq. Amma buna baxmayaraq adi səhvdən qol buraxdıq. 2-3 dəqiqə sonra isə 2-ci qolu da qapımızda gördük. Toparlanmaq çətin oldu. Düşünürəm ki, “Panatinaikos” daha güclü komanda idi.
 
- İlk hissədə hücumlara yaxşı qoşula bilmirdin...

- İlk hissədə oyunumuz elə də yaxşı alınmadı. İkinci hissədə isə nisbətən vəziyyəti dəyişdik. Amma yenə alınmadı.
 
- Afinadakı oyundan sonra bu qədər çətin oyun keçirəcəyinizi düşünürdün?

- İlk oyunda da istənilən kimi çıxış etmədik. Evdəki oyunda hesabı bərabərləşdirdik. Amma ardınca səhvlərimizdən qollar buraxdıq. Bu da rəqibin səviyyəsindən xəbər verirdi. Afinada da çətin olmuşdu, burda da.
 
- Artıq Avropa Liqasında mübarizəni başa vurdunuz. Azərbaycan çempionatında debüt matçını “İnter”ə qarşı keçirə bilərsən...

- Bəli, artıq fikrimizi daxili çempionata cəmləməliyik. Bu, mənim debüt oyunum ola bilər. “İnter” barədə məlumatlı deyiləm.

Daha çox


Son xəbərlər