“Qəbələ”nin yarımmüdafiəçisi Asif Məmmədov Avropa Liqasının 3-cü təsnifat mərhələsinin “Panatinaikos”la cavab oyunundan (1:2) sonra Qol.az-ın suallarını cavablandırıb.
- Oyunla bağlı nə deyə bilərsən?
- İlk oyunda uduzduğumuz üçün bilirdik ki, Bakıda qol buraxsaq, işimiz çox çətin olacaq. İlk hissədə rəqibin fürsətləri oldu. İkinci hissəyə yaxşı başladıq və qol da vurduq. Ani səhvlərdən qollar buraxdıq və ruhdan düşdük. “Panatinaikos” kimi rəqibə 3 qol vurmaq asan iş deyil.
- Düşünmürsən ki, qol vurduqdan sonra səbirli davranmaq və ehtiyatlı oynamaq lazım idi?
- Oyunda bunu düşünmək olmur. Hiss etdik ki, qol vurmaq şansı var. Ona görə komanda irəli atıldı. Rəqibdə yorğunluq da var idi. Lakin qol buraxdıq və ruhdan da düşdük.
- İlk hissədə pressinq etməməyiniz məşqçinin tapşırığı idi, yoxsa gücü ikinci hissəyə saxlamışdınız?
- Bu, oyunun gedişidir. Məşqçi tapşırmışdı ki, oyun rəqibə aid hissədə keçsin.
- İkinci hissənin əvvəlində “Qəbələ” yaxşı çıxış etdi. Bunu ilk hissədə nümayiş etdirmək olmazdı?
- Olardı, amma alınmadı. Fasilədən sonra isə daha yaxşı başladıq.
- Oyunun qırılma nöqtəsini Monrozun möhtəşəm zərbəsini rəqib qapıçının dəf etdiyi epizodu demək olar?
- Məncə də. “Panatinaikos”un qapıçı fantastik seyv etdi. Qol olsaydı, rəqib irəli atılacaqdı. Bu da bizə sərf edirdi. Boşluqlardan yararlana bilərdik.
- Ardıcıl iki il qrup mərhələsində çıxış edən “Qəbələ” bu dəfə bunu bacarmadı. Artıq çempionluğa tam köklənə biləcəksiniz?
- Biz ötən mövsüm də pis oynamırdıq. Nəsə demək çətindir. Bilmək olmaz.
- Bu mövsüm darıxdırıcı olmayacaq? Çünki ancaq yerli çempionatda çıxış edəcəksiniz. Artıq Avroliqa macərası başa çatdı.
- Məncə, cansıxıcı olacaq. Güclü rəqiblərlə oynayırdıq. Maraqlı idi. Çempionatda yaxşı oynamalıyıq ki, darıxmayaq.
“Bavariya” onu göndərmək niyyətində deyil
Toralın klubu məğlub oldu
Bundesliqada 5-ci tura yekun vuruldu
“Ustalıq səviyyəmiz hələ kifayət etmir” - Zaur Həşimov
"Turan Tovuz" "Şəfa"nı belə məğlub etdi - Video
“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev
"Qarabağ" və "Turan Tovuz"dan qələbə
2-ci liqada 6 oyunun hakimləri bilindi
“Hall Siti” 4 qollu matçda qalib gələ bilmədi
"Qarabağ"ın qələbəsindən - Video
“Bizim üçün çox vacib qələbə oldu” - Qurban Qurbanov
“Bu epizod, şübhəsiz ki, oyunu korladı”
“Mançester Siti”yə qarşı istehzalı banner
"Şəfa" - "Turan Tovuz": Heyətlər açıqlandı
Baş hakim zədələndi, oyunu tərk etdi
Azərbaycan boksçusu Avropa çempionu oldu
Haaland azarkeşlərə müraciət etdi
"İmişli" - "Qarabağ": Heyətlər açıqlandı
"Qalatasaray" - "Barselona" matçını o idarə edəcək
“Real”ın düşərgəsində gərginlik artır
"Sabah" - "Slaviya" oyununun hakimləri açıqlandı
Mourinyo mətbuat konfransına niyə qatılmayıb?
Azərbaycan millisi 1/8 finalda Yaponiyaya uduzdu - Yenilənib
1000 addımlıq marafon: Ağdamdan Yevlaxa qədər
"Barselona" dayanmır - Video
Messi və Suares dubl etdi, uğursuz seriya bitdi
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Real" və "Barselona"dan qələbə
Sumqayıtda vurulan 5 qol - Video
Filipe Kandido: “Qələbəni tam haqq etdik”
“Qəbələ”yə şikayət etməyə, ağlamağa gəlməmişəm”
“Sumqayıt”dan mövsümün ilk qələbəsi, Zirədə “sülh”
“Zirə” - “Şamaxı” oyunundan - Video
Rəşad Sadıqov zədə çoxluğundan şikayətlənir
“Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil”
La Liqanın oyunu yarımçıq dayandırıldı
“Sumqayıt” - “Qəbələ” matçının heyətləri
Noyerin kobud səhvi Bundesliqada tarixi qolla nəticələndi
Ronaldo millidən kənarlaşdırıldı - Rəsmi
“Mançester Siti” satılacaq?
"Zirə" - "Şamaxı": Heyətlər
“Tottenhem” İspaniyada təlim-məşq toplanışı keçirəcək