"Neftçi"yə daha çox qol vurmalı idik" - "Herta"nın baş məşqçisi

"Neftçi"yə daha çox qol vurmalı idik" -  "Herta"nın baş məşqçisi
GÜNDƏM 3 Avqust 2017 / 11:40 4345
-  A +

“Biz bir həftədir təlim-məşq toplanışındayıq. Ancaq artıq komandanın işindən razıyam. “Neftçi” ilə oyun vacib idi”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Herta”nın baş məşqçisi Pal Dardai “Neftçi” ilə yoxlama oyunundan sonra klubun rəsmi saytına açıqlamasında deyib.

Bundesliqa təmsilçisinin çalışdırıcısı  4:0 hesabı ilə qalib gəlmələrinə baxmayaraq, komandasından daha çox qol gözlədiyini bildirib: “Komandamdan razı qaldım. Ancaq düşünürəm ki, daha çox qol vurmalı idik. İlk hissədə yaxşı çıxış etdik. İkinci hissədə isə meydana az çıxan futbolçulara şans verdim. Ümumiyyətlə, bu oyun müəyyən nəticələr çıxarmaq baxımından bizə çox şey verdi”.

Daha çox


Son xəbərlər