Türkiyə millisinin yeni baş məşqçisi müəyyənləşib.
Qol.az-ın "NTV Spor"a istinadən yaydığı xəbərə görə, Fatih Terimin istefaya göndərilməsindən sonra boş qalmış baş məşqçi vəzifəsinə Mirça Luçesku gətiriləcək.
Türkiyə Futbol Federasiyasının nümayəndələri bununla bağlı rumıniyalı mütəxəssislə razılığa gəlib. Onunla 2+1 illik müqavilə imzalanacaq. 72 yaşlı çalışdırıcı ilinə 2.5 milyon avro maaş alacaq.
Qeyd edək ki, M.Luçesku 2000-2002-ci illərdə "Qalatasaray", 2002-2004-cü illərdə "Beşiktaş"da baş məşqçilik edib.
Xatırladaq ki, M.Luçesku ötən mövsüm "Zenit"i çalışdırıb.
Mbappe zədəsini sağaltdı
Belhanda klubunu dəyişdi
"Bavariya"da ciddi itki
Tunis millisi yeni baş məşqçisini açıqladı
“Mançester Yunayted” qışı transfersiz başa vuracaq?
Afrika Kubokunda gərgin anlar: Salah hər kəsi qəzəbləndirdi
"Liverpul" onun üçün sərvət ödəməyə hazırdır
Superliqa klubu 2 futbolçusunu göndərdi