“Neftçi”dən daha bir transfer

“Neftçi”dən daha bir transfer
ÖLKƏ FUTBOLU 30 İyul 2017 / 17:27 7680
-  A +

“Neftçi” növbəti transferi gerçəkləşdirib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, paraqvaylı yarımmüdafiəçi David Derlis Meza Kolli ilə müqavilə bağlanıb. 28 yaşlı futbolçu ilə anlaşmanın müddəti 1 ildir. Meza Kolli "Neftçi”də 10 nömrəli formanı geyinəcək.

Xatırladaq ki, Derlis daha əvvəl ölkəmizdə “İnter” və “Qəbələ”də də çıxış edib.

Əlavə edək ki, bu yay transfer pəncərəsi dövründə "ağ-qaralar" Səlahət Ağayev, Məhəmməd Mirzəbəyov, Rəşad Əzizli, Elnur Cəfərov və Mateo Mujeki də heyətinə cəlb edib.


Daha çox


Son xəbərlər
24.03.26  21:14

Hakimi "Real"a keçir?

24.03.26  16:55

Depay 1 ay oynamayacaq

topaz banner