“Neftçi”də böyük təcrübə qazandım" - Kastilyo

“Neftçi”də böyük təcrübə qazandım" -  Kastilyo
ÖLKƏ FUTBOLU 29 İyul 2017 / 17:08 3900
-  A +

“Çox xoşbəxtəm. Özümü evimə dönmüş kimi hiss edirəm”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin futbolçusu Edson Kastilyo deyib.

Venesuelalı yarımmüdafiəçi qarşıdakı 6 ayı icarə əsasında ölkəsinin "Mineros Quayana” klubunda keçirəcək. O, Venesuela mətbuatına açıqlamasında “Neftçi” karyerasının onun üçün faydalı olduğunu bildirib:

“Avropa karyeramda müsbət məqamlarla qarşılaşdım. “Neftçi”də böyük təcrübə qazandım. Fərqli həyat tərzi, fərqli futbol gördüm. İndi özümü daha məsuliyyətli hesab edirəm. Ümid edirəm ki, komanda ilə görüşüb, vacib oyunçularından birinə çevriləcəm”.

Qeyd edək ki, 23 yaşlı futbolçu 2016-cı ilin yayında “Mineros Quayana”dan “Neftçi”yə keçib.

Daha çox


Son xəbərlər
24.03.26  21:14

Hakimi "Real"a keçir?

24.03.26  16:55

Depay 1 ay oynamayacaq

topaz banner