“Panatinaikos”la iki il əvvəlki qarşılaşmalarımız həmin dövr üçün müsbət hadisə idi. Bu gün isə bütün bunun heç bir əhəmiyyəti yoxdur. Sabah heyətini yeniləmiş iki komanda oynayacaq. İki il əvvəlki ilə müqayisədə bizim komanda çox dəyişib".
Qol.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının üçüncü təsnifat mərhələsində "Panatinaikos"la ilk oyun öncəsi keçirilən mətbuat konfransında deyib.
Ukraynalı mütəxəssis rəqib haqda çox şey bildiklərini vurğulayıb: " Lakin sabahkı matç barədə nəyisə ehtimal edə bilmərik. Özümə də sabahkı oyunun necə alınacağı maraqlıdır. “Panatinaikos”u kifayət qədər yaxşı tanıyırıq. Rəqib haqda çox məlumatımız var. Bilirik ki, bu komandanın heyəti çox dəyişib. İki il əvvəlki qarşılaşmalardan yalnız bir neçə oyunçu qalıb. Biz ayrı-ayrı futbolçular, hətta kluba yeni qoşulanlar haqda da məlumat toplamışıq. Daim püşkü normal qarşılayıram. Başa düşürük ki, Avropa miqyasında adi bir komandayıq. Bu üzdən bizim üçün də istənilən komanda ciddi rəqibdir".
Onun sözlərinə görə, “Panatinaikos” böyük ada malik komandadır, brenddir: "Sevinirik ki, belə komanda ilə qarşılaşacağıq. Bu görüşlər bizim üçün müəyyən hadisədir. İlk matçın harada keçirilməsini nə müsbət, nə də mənfi məqam sayıram. Prinsipcə bunun əhəmiyyəti də yoxdur”.
Qeyd edək ki, "Panatinaikos" - "Qəbələ" görüşü sabah Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
Xusanov ata oldu - Video
"Sevilya"nın yeni baş məşqçisi bəlli oldu
Zədəli ayağı əvəzinə sağlam dizini müayinə ediblər!
Yeniyetmələrdən elit liqaya qədər korrupsiya qalmaqalı
Hakimi "Real"a keçir?
Zədələrə rəğmən "Bayer" ona güvənir
Yamal İspaniya millisinin məşqini buraxdı
Zədə səbəbindən millinin düşərgəsini tərk etdi
ABŞ klubundan Nərimanla bağlı yeni paylaşım - Video
Türkiyə yeni mövsüm avrokuboklarda necə təmsil olunacaq?
Qrizmannın MLS-də oynayacağı rəsmiləşdi
"Atletiko"dan "Arsenal"a keçə bilər
Modriçə sabiq klubundan təklif var
Tudorun “Tottenhem”dən ayrıldığı bildirilir
Depay 1 ay oynamayacaq