“Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl bu gün jurnalistlərə müsahibəsində klubun yaxın vaxtlarda transfer etməyəcəyini bildirib. Bu isə Ağdam klubunun azarkeşlərinin narazılığına səbəb olub.
Məsələyə aydınlıq gətirmək üçün yenidən “Qarabağ”la əlaqə saxladıq. Klubun direktoru Əmrah Çəlikəl Qol.az-a açıqlamasında Tahir Gözəlin fikirlərinin düzgün başa düşülmədiyini deyib. O, “Qarabağ”ın transfer işlərini yekunlaşdırmadağını bildirib:
“Əslində Tahir bəy onu nəzərdə tutub ki, "Şerif”lə oyuna qədər transfer gözlənilmir. Hələ ki, bu günlər üçün yeni transferimiz yoxdur. Ancaq axtarışlarımız davam edir. Tahir bəy də istəyir ki, komandaya yeni oyunçular cəlb edilsin. Ancaq oyunçuların transferi asan edilmir. Bu, müəyyən vaxt tələb edir. Buna görə də tələsik ediləcək transferin bizə nə qədər xeyri olacağını deyə bilmərik.
Bugünkü heyətimiz “Şerif”lə mübarizə apara biləcək gücdədir. Biz baş məşqçimizə və futbolçularımıza inanırıq. Onlar əlindən gələni edəcəklər”.
Bəs hansı mövqelərə transferlər gözlənilir? Əmrah Çəlikəl hələlik bununla bağlı qərar verilmədyini qeyd edib: “Hələ ki, bizim məşqçilər korpusundan mənə bir məlumat gəlməyib. Buna görə də heç nə deyə bilmərəm”.
“Qəbələ”yə şikayət etməyə, ağlamağa gəlməmişəm”
“Sumqayıt”dan mövsümün ilk qələbəsi, Zirədə “sülh”
“Zirə” - “Şamaxı” oyunundan - Video
Rəşad Sadıqov zədə çoxluğundan şikayətlənir
“Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil”
La Liqanın oyunu yarımçıq dayandırıldı
“Sumqayıt” - “Qəbələ” matçının heyətləri
Noyerin kobud səhvi Bundesliqada tarixi qolla nəticələndi
Ronaldo millidən kənarlaşdırıldı - Rəsmi
“Mançester Siti” satılacaq?
"Zirə" - "Şamaxı": Heyətlər
“Tottenhem” İspaniyada təlim-məşq toplanışı keçirəcək
“Çelsi” Koul Palmerlə müqaviləni uzatdı
Zəlzələ idman verilişinin canlı yayımını yarımçıq qoydu
DÇ-2026: Argentina onlayn hücumların əsas hədəfi olub
Üzünü iki dəfə topa sipər etdi – İnanılmaz görüntü!
Azərbaycanın 5 boksçusu finalda - Avropa çempionatı