“Qəbələ”nin oyununda ispaniyalı hakimlər

“Qəbələ”nin oyununda ispaniyalı hakimlər
ÖLKƏ FUTBOLU 23 İyul 2017 / 16:40 2552
-  A +

Avropa Liqasının III təsnifat mərhələsində keçiriləcək “Panatinaikos” – “Qəbələ” oyunu üçün hakim təyinatları açıqlanıb.

Qol.az-ın UEFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, Afinada keçiriləcək  qarşılaşmanın baş hakimi ispaniyalı Xuan Martinez Munuera olacaq.

Ona həmyerliləri Dieqo Barbera Sevilya və Sezar Manuel Noval Font kömək edəcək.
 
Matçın 4-cü hakimi isə Mario Melero Lopez olub.

Qeyd edək ki, avqustun 3-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Daha çox


Son xəbərlər
24.03.26  21:14

Hakimi "Real"a keçir?

topaz banner