Bu gün “Qarabağ”ın Fan-şopunun rəsmi açılışı olub.
Qol.az-ın xəbərinə görə, tədbirdə klubun vitse-prezidenti Tahir Gözəl də iştirak edib. O, tədbirdən sonra jurnalistlərin suallarını cavablandırıb:
- “Qarabağ” Azərbaycanda ən çox sevilən addır. “Qarabağ” Azərbaycanı dünyaya tanıtdıran futbol klubudur. Bugünkü açılışı özümüz bilərəkdən Ağdamın işğal gününə salmaq istədik. Şəhidlərimizə də yad etdik. Biz Qarabağ, Ağdam sevgisini ürəyimizdə yaşadacağıq. Bunu dünyaya göstərəcəyik, onlarla paylaşacağıq. Bizdən “Qarabağ”ın formasını istəyənlər həddən artıq çoxdur. Artıq klubumuzun fan-şopu var. İnsanlar bura gəlib geyimləri əldə edə bilər. İstər gündəlik köynəklər, istərsə də futbolkalar almaq olar. Hesab edirəm ki, bu bizə lazım idi. Bu əlamətdar hadisə üçün hər kəsi təbrik edirəm. Azərbaycana və “Qarabağ” klubunu sevənlərə xeyirli olsun. Azarkeşlərimizə də səslənirəm ki, bizə dəstək olsunlar. Xaricdən gələn yeni dostlarla da paylaşmaq lazımdır. Buradan qazanılan hər məbləğ klubumuzun büdcəsinə əlavə ediləcək.
- “Qarabağ”ın həm də cəbhə bölgəsini təmsil etdiyini nəzərə alsaq, hərbi rənglərdə formaların hazırlanması mümkün ola bilərmi?
- Formaların dizaynı ilə məşğul olan insanlar var. Bu da bir fikirdir. Məncə, mümkün olar. Həm də hərbi geyim son vaxtlar dəbə minib. Gənclər arasında bu cür geyimə üstünlük verənlər var.
- "Şerif"lə oyunlar barədə nə düşünürsüz?
- Bəli, qarşıda bizi “Şerif”lə oyun gözləyir. Yeni transferlərimiz də xoş təsir bağışladılar. Ciddi şəkildə hazırlaşsaq, uğurlu nəticə əldə edəcəyimizə inanıram. Ancaq çox çətin oyun olacaq.
- “Qarabağ” yeni transferlər edəcək?
- Hesab edirəm ki, bugünkü “Qarabağ” hazırdır. Son oyunçularımız da çox uğurlu oldular. Qısa müddətdə inanmıram ki, yeni transfer olsun.
“Qəbələ”yə şikayət etməyə, ağlamağa gəlməmişəm”
“Sumqayıt”dan mövsümün ilk qələbəsi, Zirədə “sülh”
“Zirə” - “Şamaxı” oyunundan - Video
Rəşad Sadıqov zədə çoxluğundan şikayətlənir
“Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil”
La Liqanın oyunu yarımçıq dayandırıldı
“Sumqayıt” - “Qəbələ” matçının heyətləri
Noyerin kobud səhvi Bundesliqada tarixi qolla nəticələndi
Ronaldo millidən kənarlaşdırıldı - Rəsmi
“Mançester Siti” satılacaq?
"Zirə" - "Şamaxı": Heyətlər
“Tottenhem” İspaniyada təlim-məşq toplanışı keçirəcək
“Çelsi” Koul Palmerlə müqaviləni uzatdı
Zəlzələ idman verilişinin canlı yayımını yarımçıq qoydu
DÇ-2026: Argentina onlayn hücumların əsas hədəfi olub
Üzünü iki dəfə topa sipər etdi – İnanılmaz görüntü!
Azərbaycanın 5 boksçusu finalda - Avropa çempionatı