“Hətta "Panatinaikos” da Bakıda “Qəbələ”yə qol vura bilmədi”

“Hətta "Panatinaikos” da Bakıda “Qəbələ”yə qol vura bilmədi”
ÖLKƏ FUTBOLU 13 İyul 2017 / 16:25 5949
-  A +

“İlk oyundan çox şey asılıdır. Əgər “Yagelloniya” Bakıda qol vurmağı bacarsa, cavab matçında uğurlu nəticəyə ümid etmək olar”.

Qol.az-ın məlumatına görə, bunu “Qəbələ”nin sabiq qapıçısı David Petrzkeviç Avropa Liqasının II təsnifat mərhələsində bu gün keçiriləcək “Qəbələ” – “Yagelloniya” (Polşa) oyunu haqda danışarkən deyib.

Polşalı qolkiper ölkəsinin mətbuatına açıqlamasında “Qəbələ”nin üstün tərəflərindən danışıb: “Yagelloniya” ilk oyunda uduzsa, cavab matçında işi çətin olacaq. Çünki “Qəbələ” müdafiə olunmağı çox yaxşı bacarır. Onu da qeyd etməliyəm ki,  “Qəbələ” nadir hallarda öz meydanında qol buraxır. Hətta “Panatinaikos” kimi komanda da Bakıda “Qəbələ”yə qol vura bilmədi. Müdafiə “Qəbələ”nin ən güclü tərəfidir. Hücummameyilli futbolçular da müdafiəni yaddan çıxarmır. Komandanın düzgün taktiki sxemi var. Komandanın baş məşqçisi Roman Qriqorçuk çox yaxşı mütəxəssisdir. O, öz işini çox sevən adamdır. Onun rəhbərliyi altında çıxış edən futbolçular da nə etməli olduqlarını yaxşı bilirlər".

Petrzkeviç Bakıda isti havada oynamağın çətin olduğunu da qeyd edib: “Bakıdakı hava şəraiti də oyuna təsir edə bilər. Çox isti olacaq. Ötən mövsüm Avropa Liqasında “Maribor”la oyunumuzu xatırlayıram. İlk hissədə onlar bizi hərtərəfli üstələdilər, ancaq ikinci yarıda artıq rəqib futbolçularının havası çatmırdı. İsti onlara pis təsir etmişdi. Həmin oyunda 3:1 hesablı qələbə qazandıq”.

"Jezniçakın "Qarabağ"a keçidi sürpriz oldu"

Petrzkeviç Polşanının "Legiya” klubunun kapitanı olan Yakub Jezniçakın "Qarabağ”a transferinə də münasibət bildirib: "Mənim üçün sürpriz oldu. "Qarabağ”ın "Legia”nın kapitanı ilə müqavilə bağlaması inandırıcı görünmürdü. Lakin indiki halda “Qarabağ” futbolçularının Bakıda yaşamaları və məşq etmələri transferdə həlledici olub. Klub paytaxtdan kənarda yerləşsəydi, Kuba çətin ki, ora gedərdi. Yəqin ki, maliyyə məsələləri də böyük önəm kəsb edib”.

Qeyd edək ki, 2013-cü ilin iyulunda "Qəbələ”yə keçən Petrzkeviç bu ilin mayında klubdan ayrılıb.

Daha çox


Son xəbərlər
24.03.26  21:14

Hakimi "Real"a keçir?

topaz banner