Milli komandamızın və “Neftçi”nin sabiq futbolçusu Samir Ələkbərov bugünlərdə dünyasını dəyişən AFFA-nın ilk prezidenti Fuad Musayevlə bağlı fikirlərini bildirib.
Qol.az-ın xəbərinə görə, o, “Futbol +” qəzetinə müsahibəsində Fuad Musayevin 1990-cı illərin sonlarında onu futboldan uzaqlaşdırması səbəbindən aralarında soyuqluq yarandığını xatırladıb:
“O vaxt aramızda yaşanan məlum hadisədən sonra Fuad Ənvəroviçdən çox incimişdim. Nə qədər olmasa da, futboldan uzaqlaşdım, əvvəlki formamdan uzaq düşdüm. Cavan idim, hər şeyi ürəyimə salırdım. Amma yaşa dolduqca sanki unutdum, olmamış kimi qəbul etməyə başladım. Axırıncı dəfə üzünü elə o vaxt görmüşdüm. Bir də keçən ilin, səhv etmirəmsə, dekabrında “CBC Sport”un hazırladığı “26-cı dəqiqə” filminin təqdimat mərasimində görüşdük. Üstündən təxminən 20 il keçəndən sonra. Bir-birimizin üzünə baxdıq, yaxınlaşıb məni qucaqladı, bağrına basdı. 
Həmin o an
Dedi, “Samir, mən sənə o vaxt pislik eləmişdim, bağışla məni”. Baxdım ki, gözləri doldu. Açığı, mən də özümü saxlaya bilmədim. 20 ildən sonra olsa da, halallaşdı mənimlə. Bəlkə də həmin görüş olmasaydı, indi daha pis təsir edərdi mənə. Saytların birində ölüm xəbərini eşidəndə ağladım. Evdəkilər hər nə qədər “sənə o boyda pislik etdi, karyeranı məhv elədi” desə də, bununla razılaşmırdım. Bilirsiz, niyə? Çünki “Neftçi”də ən çox məni istəyirdi, indi istəməsin. Bəlkə də çox istədiyindən “vurdu” məni. Eybi yox, həyatdı, olmamış kimi qəbul edirəm. Heç vaxt ona kin saxlamadım. Yeri cənnət olsun... Fuad Ənvəroviçin hər şeyi var idi, bircə dostundan başqa. Xaraktercə çox çətin adam idi. Onunla yola getmək çətin yox e, mümkünsüz idi. Amma kişi oğlu kişiydi. Qəzəblənəndə ən çox “podonok” deyib sakitləşirdi. O qədər xatirələrimiz var ki, danışsam, qurtarmaz. Yasına da getmişdim”.
Yuri Vernidub: “1 xal da bizi qane edir”
Valdas Dambrauskas: “Daha gözəl futbol izləmək istərdik”
"Bavariya"nın planlarında Haaland yoxdur
Montella istefaya göndərildi
"Kəpəz"in "Araz-Naxçıvan"a vurduğu qollar - Video
Mourinyo Mbappeni müdafiə etdi
Yuri Maksimov: "Müdafiədə səhvlərimizi azaltmalıyıq"
"Neftçi" - "Sabah": Heyətlər
Rafinya "Qalatasaray"a qarşı oynayacaq, ya yox?
Azərbaycan boksçusu finalda - Avropa çempionatı
Kubokda 29 ildən sonra rekord təkrarlandı
Azərbaycan kubokunda 1-ci mərhələyə yekun vuruldu
Mareskadan “Liverpul”la oyun öncəsi açıqlama
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər açıqlandı
Arteta dünyanın ən çox maaş alan məşqçisi oldu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
Zelim Kotsoyevdən dünya çempionatına erkən vida